Gürcüstanlı jurnalist və bloqerlər Ağdama səfər ediblər
Bu gün Gürcüstandan gələn bir qrup jurnalist və bloqer işğaldan azad olunmuş Ağdam şəhərinə səfər edib.
1news.az report-a istinadən xəbər verir ki, qonaqlar səfər çərçivəsində ilk olaraq Ağdam şəhərindəki Cümə məscidini ziyarət ediblər.
Burada qonaqlara məsçidin işgal dövründə olan vəziyyətinin şəkilləri və məlumatlar təqdim olunub. Məscidin tam dağılması və işğalından azad olunandan sonrakı vəziyyəti göstərilib.
Daha sonra ikinci yaşayış kompleksinə baş çəkiblər. Burada jurnalistlərə artıq öz yeni evlərində məskunlaşmış sakinlərin yaşayışı haqda məlumat verilib. Eyni zamanda onlara bu günə qədər qayıdan ailələrin sayı və məşğulluğu haqda danışılıb.
Səfərin davamında jurnalistlər Ağdamın dəmiryolunun avtovağzal kompleksinin binasını ilə tanış olublar. Kompleksin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verilib.
YENİLƏNİR












