Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir keçirib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir keçirib - FOTO

16:36 - 11 / 02 / 2019
Hindistan səfirliyi Quru Nanak Devə həsr olunmuş tədbir keçirib - FOTO

Hindistanın Bakıdakı səfirliyi mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyinin qeyd olunması münasibətilə bir il davam edəcək tədbirlərin tərkib hissəsi olaraq  fevralın 10-da tədbir təşkil edib.

1news.az-a səfirlikdən verilən məlumata görə, Hindistan höküməti mənəvi lider Şri Quru Nanak Devin anadan olmasının 550 illiyinin təntənəli və uyğun bir şəkildə qeyd edilməsini qərara alıb.

Siqh cəmiyyətinin ilk mənəvi lideri olan Quru Nanak Dev sevgi, bərabərlik, yoldaşlıq və ləyaqətə əsaslanan siyasi, sosial və mənəvi etiqadları ilə tanınırdı. O, uzaq məsafələrə səyahət edərək əbədi həqiqətdən ibarət olan və öz yaratdıqlarında yaşayan ‘tək Allah’ in mesajını yaymışdır. Onun əsas müddəalarını Siqh əlifbası Gurmuxi ilə yazılmış, geniş ayələr toplusu olan Siqhlərin müqəddəs kitabı Quru Qrant Sahibdə tapmaq olar.

Tədbirdə Bakıdakı Hind cəmiyyəti, Siqh cəmiyyətindən nümayəndələr,  Azərbaycan Dillər Universitetinin tələbələri və digərləri iştirak ediblər.

Tədbirdə çıxış edənlər mənəvi lider Quru Nanakın həyatı, onun sevgi, bərabərlik və yoldaşlıq haqqındakı mülahizələri və həmin fikirlərin nifrət və terrorizmin zərər vurduğu bugünkü dünyaya uyğunluğundan söhbət açıb.

500 il bundan əvvəl regiona səfər edən Hindistanlı Siqh ziyarətçilər Bakıda yerləşən məşhur od məbədində (Atəşgah) qalırdı. Beşguşəli Atəşgah tikilisinin demək olar ki, hər bir qapısının girəcəyində 500 il bundan əvvəl regionu ziyarət etmiş Hindli və Siqh ziyarətçilər tərəfindən yazılmış Gurmuxi [müqəddəs Siqh kitabı Quru Qrant Sahibin yazıldığı dil] yazıları vardır.

Mənəvi lider Quru Nanak Devin anadan olmasının 550 illiyi haqqında Hindistan Höküməti çoxsaylı qərarlar qəbul etmişdir ki, bu qərarlara Pakistanda yerləşən Darbar Sahib Kartarpur sitayiş məbədinə Hindistandan zəvvarların gedişini asanlaşdırmaq üçün Kartarpur Sahib dəhlizinin yaradılması, Ağıllı Şəhər prinsipləri əsasında Sultanpur Lodhinin irs şəhər kimi tərəqqisi, Birləşmiş Krallıq və Kanadanın bir universitetində mənəvi lider Şri Quru Nanak Devə aid mərkəzlərin yaradılması, bu mühüm hadisənin qeyd olunması münasibətilə Hindistan höküməti tərəfindən xatirə sikkəsi və poçt markalarının buraxılması və bütün ölkədə dini tədbirlərin təşkili daxildir. Milli televiziya kanalı Doordarşan mənəvi lider Şri Quru Nanak Dev və Qurubanı haqqında proqramlar yayımlayacaq, Hindistan Dəmir Yolları zəvvarlar və turistlər üçün mənəvi lider Şri Quru Nanak Dev ilə əlaqəli müxtəlif müqəddəs yerlərə qatarların hərəkətini təşkil edəcəkdir.

P.Sultanova

 

 

 

 

Paylaş:
545

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər