“TəbiətimİZ” kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllü iştirak edib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“TəbiətimİZ” kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllü iştirak edib – FOTO

10:21 - 06 / 12 / 2019
“TəbiətimİZ” kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllü iştirak edib  – FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, bütün könüllü təşkilatların və hərəkatlarının iştirakı ilə həyata keçirilən “Azərbaycan Könüllülük Həftəsi” 4 dekabr tarixində “TəbiətimİZ” kampaniyası ilə davam etmişdir.

Gənclər Fondu və Dövlət Agentliyi ilə birgə İDEA İctimai Birliyi də “TəbiətimİZ” sosial aksiyasına əsas tərəfdaş olaraq qoşulmuşdur.

1news.az-ın verdiyi xəbərə görə, “TəbiətimİZ” kampaniyası çərçivəsində 5000 nəfərdən çox könüllünün iştirakı ilə 10 şəhər və rayonda təmizlik aksiyaları həyata keçirilib. Əvvəlcə bütün könüllülər komandalara bölünüb, həyata keçiriləcək işlər barədə onlara ətraflı izahat verilib. Aksiyalar çərçivəsində çirklənmiş ərazilər, dəniz və çay sahilləri, gəzinti və istirahət yerləri, tarixi və təbiət abidələrinin ətrafı tullantılardan təmizlənib

Bu işlərdən əlavə olaraq, 40 heyvansevər gənc könüllü bir araya gələrək IDEA Heyvanlara Qayğı mərkəzini ziyarət edib. IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzin missiyası heyvanların rifah və sağlamlığını yaxşılaşdırmaq, sterilizasiya yolu ilə Bakı və onun ətraflarında sahibsiz heyvanların sayını tənzimləmək, eləcə də zoonoz və parazitik infeksiyaların yayılmasının və beləliklə, ətraf mühitə və insanların sağlamlığına zərərli təsirlərin qarşısını almaq, eləcə də heyvanlara qarşı humanist və məsuliyyətli yanaşmanı təşviq etməkdən ibarətdir.

Könüllülərin ziyarətinin məqsədi Mərkəzin fəaliyyətini dəstəkləyərək, cəmiyyətdə heyvanlara, xüsusilə sahibsiz heyvanlara münasibətdə pozitiv yanaşmanı və onların rifahının yaxşılaşdırılmasının əhəmiyyəti haqqında məlumatlılığı artırmaqdan ibarətdır. Mərkəzin əməkdaşları könüllüləri düzgün yönləndirmək üçün onları görə biləcəkləri işlər və təhlükəsizlik qaydaları ilə bağlı məlumatlandırıb və könüllülərin fəaliyyəti zamanı onlara köməklik göstəriblər.

“Azərbaycan Könüllülük Həftəsi” 9 dekabradək bütün ölkəni əhatə edən tədbirlərlə davam edəcəkdir. Artıq “ŞəhidimİZ”, “VətənimİZ”, “Könüllülük sərhəd tanımır!” devizi ilə keçirilən kampaniya və aksiyalarda minlərlə gənc könüllü iştirak etmişdir.

5 dekabrda təşkil ediləcək Azərbaycan Könüllülərinin Həmrəylik Forumunda və xüsusi konsert-əyləncə proqramında minlərlə gəncin iştirakı gözlənilir. Həftənin ən fəal 300 könüllüsü isə 4 günlük qış düşərgəsində faydalı istirahət və əyləncə, şəxsi inkişaf imkanı əldə edəcəkdir.

S.Xankişiyeva

 

 

Paylaş:
447

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər