İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb – FOTO

19:11 - 21 / 10 / 2020
İşğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlanıb – FOTO

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC işğaldan azad olunmuş ərazilərdə yerləşən subartezian quyularının bərpasına başlayıb.

ASC-dən 1news.az-a bildirilib ki, Şanlı Azərbaycan Ordusu tərəfindən sentyabr ayının 27- dən başlayan əks hücum nəticəsində işğal altında olan bir sıra şəhər və kəndlərimiz azad olunmuşdur. Azad olunan ərazilərdə artıq meliorativ tədbirlər görülməyə başlayıb.

Belə ki, ərazilər azad olunandan sonra ilk olaraq Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nın Beyləqan Subartezian Quyularının İstismar İdarəsi Cərbayıl rayonun Daşkəsən kəndindəki subartezian quyusunu təmir-bərpa edib. Erməni faşistləri tərəfindən yararsız hala salının subartezian quyusu tam işlək vəziyyətə gətirilib. Bərpa işləri zamanı subartezian quyusuna kabel, nasos, boru, elektirik və mühafizə şiti qurulub. Mühafizə çəpəri çəkilib və rənglənib.

Qeyd edilib ki, subartezian quyusu təxminən 3-4 ha ərazidə yerləşən binaları su ilə təmin edir. Xatırladaq ki, ümumilikdə 654 subartezian quyusu işğal altında idi. Əminik ki, Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan ordusu torpaqlarımızı erməni qəsbkarlarından tam şəkildə işğalından azad edəcək:

"Qələbədən sonra uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi ilə gələcəkdə əkinlərin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə və ekoloji tərazlığın bərpa edilməsinə təminat yaranacaq. Biz əminik ki, tezliklə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində həmin ərazilərdə bütün su təsərrüfatı obyektlərimiz yenədən təmir-bərpa olunacaq, torpaq və su istifadəçilərinin ixtiyarına veriləcəkdir. Bundan sonra biz həmin ərazilərdən daha bol məhsul əldə edəcəyik".

S.Xankişiyeva

 

Paylaş:
411

Son xəbərlər

Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32Bəzi ərazilərdə şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:07ABŞ dövlət katibi Azərbaycanın kəndlərinin qaytarılmasını alqışlayıbBu gün, 09:58Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10
Bütün xəbərlər