İsveçdə ermənilərin Gəncədə törətdiyi terror aktlarına etiraz əlaməti olaraq səssiz yürüş keçirilib | 1news.az | Xəbərlər
Siyasət

İsveçdə ermənilərin Gəncədə törətdiyi terror aktlarına etiraz əlaməti olaraq səssiz yürüş keçirilib

20:57 - 25 / 10 / 2020
İsveçdə ermənilərin Gəncədə törətdiyi terror aktlarına etiraz əlaməti olaraq səssiz yürüş keçirilib

İsveç Azərbaycanlılar Birliyinin təşkilatçılığı ilə Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktlarına etiraz əlaməti olaraq Stokholm şəhərinin əsas mərkəzi “T-Central”dan (Ahleans) başlayaraq səssiz yürüş keçirilib.

1news.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, Azərbaycan icmasının iştirakı ilə baş tutan yürüş zamanı aksiya iştirakçıları mülki əhaliyə qarşı törədilən cinayətləri pisləyərək, beynəlxalq ictimaiyyəti erməni vəhşiliyini qınamağa səsləyiblər. Aksiyada “Qarabağ Azərbaycandır!”, “Gəncə üçün dua et”, “Erməni terroruna son!”, “Uşaqları öldürməyin!”, “Mülki şəxsləri öldürməyin” “Biz terrora yox deyirik”, “Erməni təcavüzünə son”, “Biz ədalət istəyirik!” kimi şüarlar diqqətə çatdırılıb.

Yürüş aksiyasından sonra Qarabağ məktəbində anım mərasimi təşkil edilib. Tədbirdə iştirak edənlər Ermənistanın Gəncə şəhərində törətdiyi terror aktları nəticəsində həlak olan mülki vətəndaşlarımızın əziz xatirəsini ehtiramla yad edib, erməni terrorunu lənətləyiblər.

S.Xankişiyeva

 

Paylaş:
326

Son xəbərlər

Azərbaycanın ilk ombudsmanı vəfat edibBu gün, 14:15Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54“Yüksəliş” müsabiqəsinin ümumi biliklər imtahanının nəticələri açıqlanıbBu gün, 13:25Euronews Bakı Limanının ekoloji layihələri haqqında geniş video material yayımlayıb - VİDEOBu gün, 13:09Prezidentlər Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblərBu gün, 12:35Baş Prokurorluqdan sabiq baş pediatrın intiharı ilə bağlı media qurumlarına XƏBƏRDARLIQBu gün, 12:34İcma: ABŞ Dövlət Departamenti insan hüquqlarından sui-isifadə edirBu gün, 12:24İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublarBu gün, 12:22Bakıda 3 məktəbin direktorları barəsində intizam tənbeh tədbiri görülüb - SƏBƏBBu gün, 12:1931 dərəcə isti olacaq - Sabahın havasıBu gün, 12:09Bakıda Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin birinci iclası keçirilirBu gün, 12:02Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, Baş planla tanış olublarBu gün, 11:51Qırğızıstan Prezidenti Füzulidə səfərdədir - FOTOBu gün, 11:25Minik avtomobilləri ilə Laçına səfər etmək mümkün olacaq - TəfərrüatBu gün, 11:07Bu il sosial müavinət və təqaüd təyin olunan şəxslərin sayı açıqlanıbBu gün, 10:57Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00
Bütün xəbərlər