İtaliya parlamentariləri Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər | 1news.az | Xəbərlər
Siyasət

İtaliya parlamentariləri Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

17:57 - 13 / 07 / 2020
İtaliya parlamentariləri Ermənistanın təxribatını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər

İtaliyanın nüfuzlu parlament üzvləri, Senatın Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli, İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri və Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldi, eləcə də İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində təxribatlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar veriblər.

1news.az-ın verdiyi xəbərə görə, İtaliya Respublikası Senatının Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçellinin bəyanatında deyilir:

“Avropanın kandarında çox təhlükəli müharibənin yenidən alovlanması təhlükəsi mövcuddur: 1990-cı illərin əvvəllərində otuz mindən çox insanın ölümünə və bir milyon insanın məcburi köçkün vəziyyətinə düşməsinə səbəb olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi. Dünən artilleriyadan istifadə etməklə baş verən şiddətli silahlı qarşıdurmalar 1994-cü ildə əldə edilmiş atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır və bir müddətdir ki, dalana dirənmiş danışıqların yenidən bərpa edilməsinə böyük maneədir. Rəsmi Bakı Ermənistan tərəfinin hərbi təxribatları barədə məlumat verir və rəsmi İrəvanın uzun müddətdir ki, danışıqları əngəllədiyini bildirir. Atəşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir”.

İtaliyanın ATƏT Parlament Assambleyası yanında nümayəndə heyətinin sədri, Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədr müavini, deputat Paolo Qrimoldinin bəyanatında deyilir:

“Tovuz rayonunda, Dağlıq Qarabağ bölgəsinin şimalında Ermənistan-Azərbaycan sərhədi boyunca silahı qarşıdurmalarla bağlı xəbərləri təəssüflə öyrənirəm. Xatırlatmaq vacibdir ki, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri (İtaliyaya neft təchiz edən boru) və Cənubi Qafqaz qaz boru kəməri Tovuz ərazisindən keçir və qeyri-sabitlik Avropaya da öz ağır təsirini göstərəcəkdir. Təxribatlar və qarşıdurmalar həll yolu deyildir. Dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrindən irəli gələrək tərəflərin mümkün qədər qısa zamanda ATƏT-in himayəsi altında danışıqlar masasına qayıtması üçün İtaliyanın səylərinə ümid edirəm”.

İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Qrupunun sədri, senator Stefano Luçidi və İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rossana Boldi də birgə bəyanat veriblər. Həmin birgə bəyanatda qeyd olunur:

“Ermənistan və Azərbaycan sərhədi boyunca, şimal istiqamətində baş verən qarşıdurmaları böyük narahatlıqla izləyirik. İnanırıq ki, hər hansı silahlı qarşıdurmalar həll yolu deyildir, dövlətlərin ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının tanınması, eləcə də BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli qətnamələrini əsas götürərək dialoq yolu ilə həllin vacibliyini bir daha bildiririk. Beləliklə, ATƏT-in himayəsi altında hər iki tərəfin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsi və gücləndirilməsi ilə bağlı tərəfləri danışıqlar masasına gəlməyə təşviq etmək üçün İtaliya Hökumətinə müraciət edirik. ATƏT-in Minsk Qrupunun üzvü kimi bizim ölkə münaqişənin həmişə siyasi həllinin tərəfdarı olub. Bu yanaşma, 20 fevral tarixində imzalanmış “Azərbaycan və İtaliya arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” ilə də təsdiq edilib.”

Parlamentarın bəyanatları İtaliyanın müxtəlif kütləvi informasiya vasitələri, o cümlədən “Polticamente Corretto”, “Politica News”, “Finanze Yahoo”, “Agenzia Nova” kimi xəbər saytlarında, habelə müvafiq sosial media şəbəkələrində dərc olunub.

Bəyanatlarla aşağıdakı keçidlərdən tanış olmaq mümkündür:

https://www.politicamentecorretto.com/2020/07/13/azerbaigian-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-rischio-nuova-guerra/

https://www.politicanews.it/politica-estera/crisi-armenia-azerbaigian-petrocelli-m5s-rischio-di-una-nuova-guerra-13593

https://www.agenzianova.com/a/5f0c20716652b4.69296668/3020969/2020-07-13/nagorno-karabakh-petrocelli-m5s-gravi-violazioni-cessate-il-fuoco-si-rischia-nuova-guerra

https://www.agenzianova.com/a/0/3021277/2020-07-13/nagorno-karabakh-grimoldi-lega-provocazioni-e-scontro-non-risolveranno-nulla

https://it.finance.yahoo.com/notizie/lega-governo-lavori-per-tavolo-di-pace-azerbaigian-120717676.html

https://www.facebook.com/422056461203957/posts/3090326374376939/?d=n

https://twitter.com/GrimoldiPaolo/status/1282619913287471107

https://www.facebook.com/photo?fbid=1477219659115396&set=a.516258415211530

S.Xankişiyeva

Paylaş:
600

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər