1news.az

Keçi, yoxsa inək südü: Körpələr üçün hansı faydalıdır?

23 Sentyabr saat 13:28 ~ 1 dəqiqəlik oxu 2790
Keçi, yoxsa inək südü: Körpələr üçün hansı faydalıdır?

Körpələrə 1 yaşdan əvvəl nə inək, nə də keçi südü vermək olar. 1 yaşından əvvəl körpələrin həzm sistemi keçi, inək südünü həzm edəcək qədər inkişaf etmir.

Bunu həkim-pediatr Günay Rəsulova açıqlayıb. Bu südlərdən hansı daha yaxşıdır sualına cavab olaraq pediatr deyib ki, keçi südünün tərkibində körpənin sümük inkişafına kömək edən kalsium, protein, kalium faizi inək südündən daha çoxdur və içində A, B, D vitaminləri var.

Tərkibindəki laktoza faizinin inək südünə görə daha aşağı olması körpənizin daha rahat həzm etməsinə kömək edir. Keçi südü tərkibindəki doymamış yağ sayəsində körpənizin ürək sağlamlığına da köməkçi təsir göstərir.

Keçi südünün dəri xəstəlikləri, həzm problemləri, allergiya və iltihablara qarşı təsirli olması körpələriniz üçün idealdır: "İnək südünə görə keçi südünün körpənizə faydaları çox olsa da, 1 yaşdan əvvəl heç birini körpələrə vermək olmaz. 1 yaşından əvvəl körpələrin həzm sistemi keçI, inək südünü həzm edəcək qədər inkişaf etmir. Odur ki, 1 yaşa qədər ən faydalı süd ana südüdür. O olmadığı təqdirdə isə ana südünə ən yaxın olan hazır süni qidalar seçilməlidir".

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net