KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib – FOTO

12:00 - 23 / 01 / 2020
KOBİA yanında İctimai Şuranın növbəti forumunda qida biznesi məsələləri müzakirə edilib – FOTO

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında İctimai Şuranın 2020-ci ildə keçirdiyi ilk forum qida biznesin’ həsr edilib.

1news.az-ın verdiyi xəbərə görə, yanvarın 23-də “Qida biznesi forumu:  mövcud vəziyyət və perspektivlər” mövzusunda təşkil olunmuş forumda KOBİA-nın, Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər müvafiq dövlət qurumlarının nümayəndələri, eləcə də qida sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.

Tədbirdə qida sektoruna dair aktual məsələlər, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və görülən işlər, dövlət və özəl qurumlar arasında əməkdaşlıq müzakirə edilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb, bznes subyektlərinin təklifləri dinlənilib. Forumda səsləndirilən fikirlərin, rəy və təkliflərin aidiyyəti üzrə müvafiq qurumlara təqdim olunacağı qeyd edilib.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, qida sektorunda çoxsaylı sahibkarlar fəaliyyət göstərir. Təkcə 2019-cu ildə bu sahədə 10 mindən artıq sahibkarlıq subyekti qeydiyyatdan keçib. Bu sahədə biznesin düzgün və səmərəli təşkili qida təhlükəsizliyi baxımından əhəmiyyətlidir. Qida sektorunda biznesin səmərəli təşkili üçün KOB-ların bilik və bacarıqlarının artırılmasına, maarifləndirmə tədbirlərinin əhatə dairəsinin genişləndirilməsinə, yerli istehsal olan qida məhsullarının satış və logistikasına diqqətin artırılmasına, dövlət dəstək mexanizmlərinin təşviqinə ehtiyac var.

Kənd Təsərrüfatı nazirinin müavini Elçin Zeynalov və Qida Təhlükəsizliyi Agentliyinin sədr müvaini Rüfət Rüstəmzadə çıxışlarında qida sahəsinin qeyri-neft sektorunun prioritet istiqamətlərindən olduğunu, bu sahədə son zamanlar həyata keçirilən tədbirlər, qanunvericiliyə edilmiş dəyişikliklər və layihələr barədə məlumat veriblər.

Həmçinin, forumda KOBİA-nın mikro, kiçik və orta sahibkarlara dəstək mexanizmlərinə dair video çarxlar nümayiş olunub.

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov forumun keçirilməsi məqsədi, KOBİA yanında İctimai Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, KOB-ların, müvafiq dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının iştirakı ilə mütəmadi olaraq üçtərəfli formatda tədbirlər keçirilir. 2019-cu ildə KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə müxtəlif mövzularda 6 forum keçirilib və belə tədbirlər 2020-ci ildə də davam etdiriləcəkdir.

S.Xankişiyeva

 

 

Paylaş:
1203

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər