Koronavirus Azərbaycanda: 663 yeni yoluxan, 283 sağalan, 9 ölən var
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 51149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 679 nəfər vəfat edib, aktiv xəstə sayı 8768 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9700, ötən müddət ərzində isə ümumilikdə 1 308048 test aparılıb.
Qafar Ağayev
361