Koronavirus peyvəndi artıq Azərbaycanda – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Koronavirus peyvəndi artıq Azərbaycanda – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

17:45 - 13 / 01 / 2021
Koronavirus peyvəndi artıq Azərbaycanda – “Çıxışa doğru”da MÜZAKİRƏ – FOTO – VİDEO

Ölkəmiz ötən aylar ərzində aparıcı vaksin istehsalçıları olan "Sputnik V”, "AstraZeneca”, "Sinofarm”, "Sinovac”, "Moderna”, "Pfizer BioNTech” kimi firmalarla danışıqlar aparıb.

Azərbaycan hələ sentyabr ayında Qlobal Peyvəndlər Alyansı (GAVI), Epidemiyaya Hazırlıq İnnovasiyalar Alyansı (CEPI) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılan COVAX platformasına qoşulan ilk ölkələrdən olub. COVAX geniş sayda peyvənd namizədlərini müxtəlif texnologiyalar vasitəsilə qiymətləndirərək təhlükəsiz COVID-19 peyvənd təkliflər portfelini istifadə etmə imkanı yaradan əvəzolunmaz mexanizmə malik sistemdir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və GAVI təşkilatı arasında imzalanmış sazişə əsasən, ÜST tərəfindən təsdiqlənmiş və tələblərə cavab verən peyvənd istehsal olunduqda tez bir zamanda təşkilatın başqa üzv ölkələri ilə bərabər, Azərbaycan da təsdiqlənmiş peyvəndlə təmin olunacaq. Sazişə görə, ÜST-ün prekvalifikasiya mərhələsindən keçmiş COVID-19 əleyhinə peyvənd istehsal olunduqda Azərbaycan peyvəndi ilk əldə edən ölkələrdən biri olacaq.

1news.az-ın məlumatına görə, AzTV-nin “Çıxışa doğru” verilişində “Koronavirus peyvəndi artıq Azərbaycanda” mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları psixoterapevt Elmir Əkbər , STM-nin əməkdaşı, sosioloq İnqilab Şahbazov, Sağlamlığa Xidmət İctimai Birliyinin İcraçı direktoru Pərvanə Vəliyeva və Vətəndaşların Əmək hüquqlarını Müdafiə liqasının sədri Sahib Məmmədov (bağlantı) mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

S.Xankişiyeva

 

Paylaş:
408

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər