1news.az

Koronavirusa yoluxanların sayı artır

22 Yanvar saat 17:20 ~ 1 dəqiqəlik oxu 257
Koronavirusa yoluxanların sayı artır

Çində yeni növ koronavirusa yoluxanların sayı 324-ə çatıb.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, daha əvvəl pnevmaniyanın yeni növünə yoluxanların sayının 309 olduğu bildirilirdi.

Yoluxmaların ən çoxu - 270 nəfər - administrativ mərkəzi Uxan olan Xubey, daha 17-si ölkənin cənubundakı Quandun əyalətlərində, 10-u - Pekində, 6-sı Şanxayda, hər birində 5 olmaqla şərqdə yerləşən Çşetzianda və cənub-qərbdəki Çuntsin şəhərində qeydə alınıb.

Həkimlərin dediklərinə görə, koronavirusun əlamətləri burun axması, öskürək, boğaz ağrısı və sinə darlığı kimi simptomlarla xarakterizə olunur. Bir neçə gün davam edə biləcək baş ağrısı və hərarət də ola bilər. Risk altında olan insanlar əsasən immunitet sistemi zəifləmiş, uşaqlar və yaşlılardır. Xəstəlik, həmçinin pnevmaniya və bronxitə oxşar simptomlarla da müşahidə edilir.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Dünya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net