1news.az

“Lenovo Global Technology” Azərbaycanda törəmə şirkətini təsis etdi

22 Oktyabr saat 15:30 ~ 1 dəqiqəlik oxu 179
“Lenovo Global Technology” Azərbaycanda törəmə şirkətini təsis etdi

Vergilər Nazirliyinin saytındakı məlumata əsasən, “Lenovo Global Technology Azerbaijan” MMC, 16 oktyabr 2019-cu il tarixində dövlət qeydiyyatından keçib.

Nazirliyin saytında qeyd olunur ki, “Lenovo Global Technology Azerbaijan”ın qanuni nümayəndəsi Rusiya Federasiyası və MDB ölkələrində “Lenovo Global Technology” şirkətinə rəhbərlik edən Dmitri Parşindir.

“Lenovo Global Technology” şirkətinə data mərkəzləri üçün məhsullar istehsal edən 6 zavod, həmçinin 7 ETTKİ mərkəzi və dünyanın müxtəlif ölkələrində məlumat emalı mərkəzləri üzrə texnologiyaların təkmilləşdirilməsi üçün 46 laboratoriya məxsusdur. Şirkətin bütün qitələrdə nümayəndəlikləri var ki, o öz həlləri və xidmətlərini 160-dan çox ölkədə müştərilərə təqdim edir.

“Hüquqi şəxsin təsis olunması Azərbaycanın həm dövlət sektoru, həm də bank sahəsində həyata keçirilən irimiqyaslı layihələr sayəsində mümkün olmuşdur. Bu layihələrdən biri də Azərbaycan Mərkəzi Bankı üçün Blockchain Texnologiyasına əsaslanan Rəqəmsal İdentifikasiya Sistemidir”, – deyə Lenovo Global Technology şirkətinin MDB ölkələrində hyperkonverqent infrastruktur biznesinin inkişafı üzrə meneceri, Azərbaycan, Tacikistan və Türkmənistanda satış təmsilçisi Rasim Bəxşi bildirdi.

Reklam hüququnda

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Texnologiya BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net