LSS MFL 2019/20 Liqasının III və IV turları: “Tiyagani”dən darmadağın, “Beerbaşa” “Peçat Dönər”lə sülh bağladı – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının III və IV turları: “Tiyagani”dən darmadağın, “Beerbaşa” “Peçat Dönər”lə sülh bağladı – FOTO – VİDEO

17:30 - 01 / 11 / 2019
LSS MFL 2019/20 Liqasının III və IV turları: “Tiyagani”dən darmadağın, “Beerbaşa” “Peçat Dönər”lə sülh bağladı – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də yeni mövsümün həyəcanı başladı.

1news.az-ın verdiyi xəbərə görə,  28-31 oktyabr tarixlərində Liqanın 3-cü və 4-cü turlarının oyunları keçirilib.

Həm Infinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Mövsümün 3-cü turunda Infinity Konferensiyasının komandaları arasında keçirilən oyunlarda aşağıdakı hesablar qeydə alınıb:

3-cü turda Platinum Konferensiyasının komandaları arasında keçirilən görüşlərdə aşağıdakı hesablar qeydə alınıb:

Qeyd etdiyimiz kimi, keçən həftə həm də 4-cü turun oyunları baş tutub.

Mövsümün 4-cü turunda Infinity Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

4-cü turda Platinum Konferensiyasının komandalarının üz-üzə gəldiyi oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb.

Geridə qalan 4 turdan sonra MFL 2019/2020-ci il mövsümünün "Infinity" konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 4 turdan sonra MFL 2019/2020-ci il mövsümünün "Platinum" konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Həftənin ən maraqlı qarşılaşmalarından biri İnfinity konferensiyasının 4-cü turu çərçivəsində mövsümə əla başlayan “Squadra” ilə “Kapital Bank” komandaları arasında oldu. Futbol həvəskarları bu iki iddialı komandanın görüşünü böyük həyəcanla gözləyirdilər.

MFL-in səhifəsində canlı yayımlanan görüş birincilərin 3:0 hesablı qələbəsi ilə yekunlaşdı. Bu qələbə sayəsində “Squadra” komandası liderlər arasında öz mövqeyini qoruyub saxlamağı bacardı. “Kapital Bank” isə mövsümdə ilk məğlubiyyətini aldı.

“Squadra” futbolçularının qələbə sevinci

Platinum konferensiyasının 4-cü turu çərçivəsində baş tutan “Beerbaşa” – “Peçat Dönər” qarşılaşması da böyük maraq doğururdu. Canlı yayımlanan bu qarşılaşmadan komandalar sülhlə ayrılıblar - 2:2. Bu heç-heçədən sonra “Peçat Dönər” ilk dəfə xal itkisi ilə üzləşib.

Qeyd edək ki, oyunun son dəqiqələrində meydanda gərginlik yaranıb. Belə ki, görüşün hakimi onu təhqir etdiyinə görə “Peçat Dönər”-in oyunçusu Emil Məmmədova qırmızı vərəqə göstərdikdən sonra ara qarışıb. Futbolçular hakimin qərarına etirazlarını sərt formada bildiriblər. İntizam Komitəsi araşdırma apardıqdan sonra həmin epizodla bağlı qərarını açıqlayacaq.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
933

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər