LSS MFL 2019/20 Liqasının XXI turu: “Squadra”dan darmadağın, “Lokomotiv Baku” xal itirdi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XXI turu: “Squadra”dan darmadağın, “Lokomotiv Baku” xal itirdi – FOTO – VİDEO

16:50 - 14 / 02 / 2020
LSS MFL 2019/20 Liqasının XXI turu: “Squadra”dan darmadağın, “Lokomotiv Baku” xal itirdi – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 21-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 21-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Squadra” və “Baku Eagles” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 9 qol. Rəqibinin qapısından 8 top keçirən “Squadra” yalnız bir dəfə qapısında qol gördü.

Ən maraqlı qarşılaşmalardan biri yüksək yerlər uğrunda mübarizə aparan “Kapital Bank”la “Universal” komandaları arasında keçirilib. Maraqlı və gərgin keçən qarşılaşmada qalib gələn tərəf “Universal” komandası olub – 3:2.

21-cü turda Platinum konferensiyasında lider “Beerbaşa” 10:1 hesabı ilə “Ümid Üçtəpə”yə qalib gəldi. “Patriot” – “Ataman” görüşündə isə qapılara 12 qol vuruldu. Sonda rəqibinə 8:4 hesabı ilə qalib gələn “vətənpərvərlər” meydanı üç xalla tərk etdilər. Ən qollu qarşılaşma isə “Keşlə İMSİ” – “Gres Severnıy” matçında qeydə alındı – 5:8.

Heç-heçəyə bitən yeganə qarşılaşma “AgroSport” – “Lokomotiv Baku” görüşü oldu. Komandalar hərəyə üç dəfə fərlənərək meydandan sülhlə ayrıldılar.

“Galaxy” komandasının statistikası əvvəlki mövsümlərə bənzəməsə də, “play-off” mərhələsinə çıxmaq üçün mübarizəyə hələ ki yetərlidir.

Hazırda İnfinity konferensiyasının vahid lideri olan “Squadra” komandası son matçda meydana yeni geyim dəstiylə çıxdı. Rəqibini darmadağın edən lider yeni formasında ilk qələbəsini qazandı.

Qeyd edək ki, son turda baş tutan "Squadra" - "Baku Eagles" komandaları arasında baş tutan matç daha bir əlamətdar hal ilə yadda qalıb. Belə ki, "Squadra" komandasının heyətində çıxış edən Erol Əliyevə ilk qolu vurmaq üçün cəmi 13 saniyə kifayət edib.

Onu da əlavə edək ki, ən tez vurulan rekord göstərici MFL 2016/2017-ci il mövsümündə "Olimpikstar" komandasının heyətində çıxış etmiş Zakir Kərimova məxsusdur, bunun üçün ona cəmi 11 saniyə bəs etmişdi.

Hazırda MFL-də TOP 5 bombardirlər siyahısında yer alan, ötən mövsümün qızıl medalını boynundan asmış və ən sərrast oyunçusu seçilmiş, qış transfer pəncərəsində “Muganbank” komandasına transfer edilmiş Emin Əliyevdən aldığımız müsahibəni təqdim edirik.

21-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Geridə qalan 21 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 21 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1562

Son xəbərlər

Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilibBu gün, 12:06Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıbBu gün, 12:03AQTA-dan bazar rəhbərlərinə xəbərdarlıq: Ən sərt tədbirlər görüləcəkBu gün, 11:59Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOBu gün, 11:55FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edibBu gün, 11:54Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİBBu gün, 11:38Sabah 31 dərəcə isti olacaq - ProqnozBu gün, 11:30İlkin səhiyyə xidməti təkmilləşdirilirBu gün, 11:27Bərdədə 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıbBu gün, 11:23İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşdüBu gün, 10:59AMB valyuta məzənnələrini açıqladıBu gün, 10:54
Bütün xəbərlər