Millət vəkili Şahin Seyidzadə talessemiya xəstələri üçün qan verib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Millət vəkili Şahin Seyidzadə talessemiya xəstələri üçün qan verib – FOTO

17:13 - 10 / 04 / 2020
Millət vəkili Şahin Seyidzadə talessemiya xəstələri üçün qan verib – FOTO

Milli Məclisin 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə talessemiya xəstəliyindən əziyyət çəkən uşaqlar üçün qan verib.

1news.az-ın verdiyi xəbərə görə, millət vəkili bununla bağlı öz feysbuk paylaşımında yazıb:

“Karantin müddətində qan donorların azlığı səbəbindən talessemiya xəstəliyindən əziyyət çəkən xəstələr üçün Qan Bankında çatışmazlıqlar müşahidə olunur.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) çağırışına qoşularaq xəstəlikdən əziyyət çəkən vətəndaşlara öz dəstəyimi göstərmək üçün donor oldum.

Bu prosesdə öz peşəkarlığı ilə köməklik göstərən Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankının personalı başda olmaqla, xəstələrimizə dəstək olan qan donorlarına təşəkkürümü bildirərək, hər birinizi donor olaraq həyat xilas etməyə səsləyirəm!”

S.Xankişiyeva

 

Paylaş:
1874

Son xəbərlər

Bütün xəbərlər