Millimizin kapitanı koronavirusla mübarizədə ön çəbhədə gördüyü işlərdən danışıb: "Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm" | 1news.az | Xəbərlər
Futbol

Millimizin kapitanı koronavirusla mübarizədə ön çəbhədə gördüyü işlərdən danışıb: "Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm"

14:55 - 19 / 04 / 2020
Millimizin kapitanı koronavirusla mübarizədə ön çəbhədə gördüyü işlərdən danışıb: "Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm"
Koronavirus pandemiyası ilə mübarizənin əsas qəhrəmanları həkimlər və tibbi personal hesab olunsa da, bu “savaş”ın ön cəbhəsində yer alan digər peşə sahibləri da az deyil.
 
Sport24.az xəbər verir ki, Azfutzal.az saytının qonağı həmin qəhrəmanlardandı. Futzal üzrə “Baku Fire” klubunun üzvü, çimərlik futbolu üzrə Azərbaycan millisinin kapitanı Asif Zeynalovun müsahibəsini təqdim edir
 
- COVİD-19 pandemiyası ilə əlaqədar bir aydan artıqdır ki futzal üzrə olkə çempionat dayandırılıb. Parketdən kənarda özünü necə hiss edirsən?
 
- Əlbəttə, hazırkı vəziyyət peşəkar idmançı üçün çətindir. Həm parket, həm də qum üçün darıxmışam. Amma insan sağlamlığı hər şeydən vacibdir. Biz də ilk növbədə özümüzün və ətrafımızın sağlamlığını qorumaq üçün tələblərə riayət etməliyik.
 
- Formada qalmaq üçün nə edirsən?
 
- Çalışıram fərdi məşqlərlə formamı qoruyum. Aydın məsələdir ki, kollektiv və zalda hazırlıqla evdə fərdi məşq etmək eyni effekti vermir. Lakin mövcud situasiyadan çıxış yolu tapmalıyıq.
 
- Baş məsqçiniz evdə hazırlıq keçmək üçün xüsusi məşq planı veribmi?
 
- Hazırda həm futzal üzrə “Baku Fire” klubunun, həm də çimərlik futbolu üzrə Azərbaycan millisinin üzvüyəm. Çimərlik futbolu üzrə millinin baş məşqçisi Zeynal Zeynalov, eləcə də “Baku Fire” klubun baş məşqçisi Teymur Eyvazov karantin gunlərində evdə məşq etmək üçün proqram veriblər. Fitnes çalışmalarla həm artıq çəki almıram, həm də tonusda qalmağa çalışıram.
 
- Sən həm də Fövqəladə Hallar Nazirliyinin əməkdaşı kimi karantin müddətində əksər idmançılardan fərqli olaraq ön cəbhədə mübarizə aparanlardansan...
 
- Bəli, həm peşəkar idmançıyam, həm də FHN-in əməkdaşıyam. Öz peşəmlə fəxr edirəm, həvəslə işimi icra edirəm. Bu gün dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda da COVİD-19 pandemiyasının qarşısının alınması üçün müxtəlif tədbirlər görülür. Hazırkı göstəricilərə diqqət yetirsək, dövlət başçısının vaxtında atdığı düzgün addımlar sayəsində bu gün ölkəmizdə bu virusa yoluxanların sayı azdır. Son günlərdə isə sagalanların göstəricisinin yoluxanları üstələməsi sevindirici məqamdır.
 
Bu çətin günlərdə biz də müəyyən tapşırıqlar almışıq və bütün təhlükəsizlik tədbirlərinə əmək etmək şərti ilə onları maksimum yetirnə yetirməyə çalışırıq. Əlbəttə, çətin məqamlarda xalqıma köməyim dəyirsə, bununla ancaq fəxr edə bilərəm.  
 
- İdmançı formasında görməyə alışdığımız Asifin bu gün yeni geyimlərdə xidmət aparması çətin deyil?
 
- Həm idmançı, həm də FHN əməkdaşı kimi ölkəmə xidmət edirəm. Bu qürurverici hisslər fonunda xüsusi geyimdə xidmət aparmağın heç bir çətinliyi yoxdur. Əksinə, sevinirik, eyni zamanda məsuliyyətimizi dərk edirik.
 
- Necə düşünürsən, insanlarımız tələblərə, qadağalara riayət edirlərmi?
 
- İnsanlar bütün qadağaların, tələblərin onların saglamlığı üçün təyin edildiyini anlamalıdır. Ulu öndərimiz Heydər Əliyevin gözəl kəlamı var: "Bir hadisənin qarşısını almaq onun nəticələrini aradan qaldırmaqdan daha asandır”. Biz də bunu dərk edir və bütün vətəndaşlarımızı karantin qaydalarına əməl etməyə səsləyirik.
 
-  Həm də çimərlik futbolu üzrə millinin üzvüsən və bu idman növünün mövsümü başlayır. Qum üzərinə çıxmağa nə dərəcədə hazırsan?
 
- Qeyd etdiyim kimi, millinin baş məşqçisi Zeynal Zeynalov fərdi məşqlərlə bağlı proqram verib. Həmin proqrama uyğun hər gün məşqlərimi edirəm. Karantin rejimi başa çatdıqdan sonra kollektiv məşqlərimizi bərpa edəcəyimizə ümid edirəm.
 
-  Qarşıda hansı yarışlar var?
 
- Millini əvvəlcə Avropa Liqasının, sonra isə dünya kubokunun seçmə mərhələsinin oyunları gözləyir. Təki bu “müharibə” tezliklə başa çatsın və dünyamız əmin-amanlığa qərq olsun. Qum üzərində mübarizə aparmağa hər zaman hazırıq.
Paylaş:
1091

Son xəbərlər

İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21
Bütün xəbərlər