Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər | 1news.az | Xəbərlər
Rəsmi

Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

17:20 - 28 / 11 / 2020
Moldova Azərbaycanlıları Konqresi Şurasının üzvləri Prezident İlham Əliyevi təbrik ediblər

Moldova Azərbaycanlıları Konqresi Şurasının sədri Elçin Bayramov, Şuranın üzvləri - Ramil Adıgözəlov, Marif Berqan, Zamin Bayramov, Zamir Qubadov, Aynurə Əbdülrəhimova, Mahizər Məmmədova və Ramiz Ənsərov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə məktub ünvanlayıblar.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, məktubda deyilir:

“Hörmətli Prezident və cənab Ali Baş Komandan.

Moldova Azərbaycanlıları Konqresi Azərbaycan xalqını və onun lideri kimi şəxsən Sizi Ermənistanla müharibədə parlaq Qələbə və Qarabağın Azərbaycanın tərkibinə qaytarılması münasibətilə təbrik edir.

2020-ci il noyabrın 8-i Qarabağ münaqişəsinin tarixində dönüş anı oldu. Şuşada baş verən hadisələr sübut etdi ki, regionda qüvvələrin ədalətli tarazlığının bərpası və Azərbaycan Ordusunun aşkar üstünlüyünün təsdiqlənməsi zaman məsələsidir. Həqiqətən də həmin zaman yetişdi.

Azərbaycan işğalçıların anlaya biləcəyi dildə - güclü müqavimət və qəhrəmanlıqlar dilində danışmağa başladı. Sizin rəhbərliyinizlə hərbi əməliyyatların aparılması üçün seçilmiş düzgün taktika və Azərbaycan döyüşçülərinin Vətənin mənafeyinə fədakarcasına xidmət etmələri sentyabrın 27-dən bəri hamımızın gözlədiyimiz uğurla nəticələndi.

Erməni ordusunun ardıcıl məğlubiyyətləri kulminasiya nöqtəsinə çatdı – işğalçı kapitulyasiyaya məcbur oldu.

Biz tarixin ölkəmiz üçün bu çətin dövründə Sizin fəaliyyətinizə heyran olduğumuzu bildiririk. Biz həm də ölkəmiz uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanlara görə Sizin və bütün Azərbaycanın hədsiz kədərinə şərikik.

Öz doğmalarının və yaxınlarının sağlamlığı naminə canlarından keçən igid döyüşçülər yetişdirmiş ailələr Azərbaycanın tarixində əbədi qalacaq. Şəhidlərin xatirəsinə ən yaxşı mükafat Qələbə oldu.

Şuşa şəhərinin azad olunması Ordumuzun hərbi və psixoloji üstünlüyünü təmin etdi. Ermənilər məğlub edildi və biabırçı şəkildə uduzaraq Azərbaycanın tarixi torpaqlarından qovuldu. Qarabağın bütün yaşayış məntəqələri bizimdir!

Biz Azərbaycanın sülhü təmin edəcəyi günü səbirsizliklə gözləyirdik. Buna görə də qəti qələbə və vahid Azərbaycanın sabit gələcəyi barədə xoş xəbəri Sizin dilinizdən böyük sevinclə eşitdik. Sizi və bütün Azərbaycanı Qələbə Günü münasibətilə təbrik edirik”.

1news.az

Paylaş:
657

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycanın son illər qazandığı nailiyyətlər miqyası baxımından möhtəşəmdir23 / 04 / 2024, 20:33PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ23 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik23 / 04 / 2024, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldı23 / 04 / 2024, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTO23 / 04 / 2024, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb23 / 04 / 2024, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik23 / 04 / 2024, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirik23 / 04 / 2024, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi23 / 04 / 2024, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıb23 / 04 / 2024, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var23 / 04 / 2024, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”23 / 04 / 2024, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşüb23 / 04 / 2024, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik23 / 04 / 2024, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür23 / 04 / 2024, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTO23 / 04 / 2024, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edir23 / 04 / 2024, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edib23 / 04 / 2024, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEO23 / 04 / 2024, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİB23 / 04 / 2024, 13:55
Bütün xəbərlər