Mübariz Əhmədoğlu: İrəvan və Şuşa məscidlərini fars məscidləri adlandırması İranın vilayəti-fəqih prinsiplərinin bu ərazilərdə inkarı anlamındadır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: İrəvan və Şuşa məscidlərini fars məscidləri adlandırması İranın vilayəti-fəqih prinsiplərinin bu ərazilərdə inkarı anlamındadır

10:18 - 14 / 10 / 2019
Mübariz Əhmədoğlu: İrəvan və Şuşa məscidlərini fars məscidləri adlandırması İranın vilayəti-fəqih prinsiplərinin bu ərazilərdə inkarı anlamındadır

Tarixi Azərbaycan torpağı olan İrəvanda məscidin olması təbiidir. Ermənilər bu məscidi dağıda bilməzdilər, çünki ən azı mədəni abidələrlə məşğul olan beynəlxalq təşkilatların bu məscidin mövcudluğundan xəbəri var idi. Nəticədə onlar saxtalaşdırmaya əl atdılar. Guya məscid farsların məscididir.

Məscidin fars məscidi adlanmasında İrandan bir qrup dindar kömək etdi, hətta təmir-bərpa işlərinə də İranın şirkətləri və maliyyəsi cəlb olundu. Məqsəd azərbaycanlıların İrəvandakı izini  itirmək idi. İrəvanda Göy məscidin quruluşu göstərirdi ki, orda yüz minlərlə azərbaycanlı yaşayıb.

Eyni proses yaxınlarda Şuşa məscidi ilə də təkrarlandı. İranın konkret bəlli bir şirkəti təmir-bərpa işlərini apardı, üstündəki yazıları, memarlıq quruluşunu dəyişdi. Daha çox fars memarlığına uyğun görünməsi istiqamətində işlər görülüb. Bütün bunların hamısını edən İranın Mədəniyyət və İslami İrşad Nazirliyinə tabe olan şəxslər idi və Şuşa məscidi də farsların məscidi adlandı.

Vilayəti-fəqih prinsipini geniş izah etmək fikrim yoxdur. İran İslam Respublikasının əsas idarəçilik prinsipi və yaxud İranın islami quruluşunun sütunu vilayəti-fəqih prinsipidir. Bu prinsipdə də məscid ətrafında yaşayanların hansısa bir məscidə bərkidilməsi, təhkim olunması ən vacib məsələlərdən biridir.

Başqa sözlə, vilayəti-fəqihdə məscid və məscidin möminləri hüquq əmələ gətirən, icra, qanunvericilik  səviyyəsində olan qurumdur. İrəvanda və Şuşada heç zaman fars yaşamayıb.

Belə olan təqdirdə vilayəti-fəqih prinsipinin əsasını qoyanlar, bu prinsipdən istifadə edərək İranı idarə edənlər, dünya şiələrini idarə etməyə iddialı olanların  İrəvan və Şuşa məscidlərini farsların məscidi adlandırması vacib presedentdir. Mən bu presedenti müsbət hal hesab edirəm, çünki tarix bununla bitmir, gələcəyi var. İş burasındadır ki, İranın bəzi dindarlarının islami prinsipləri pozması və yaxud özbaşına təfsir etməsi bəlli idi. Amma  ilk dəfə idi ki, İran möminləri İranın özünə məxsus vilayəti-fəqih prinsipini inkar edirlər. Azərbaycan etatisti üçün bu çox vacibdir.

Əmlak məsələləri İslam dinində axirətə təsir edə bilən məsələlərdir. Bu məscidlərin hər ikisinin sahibi, tikəni bəllidir.

Azərbaycanın tərkibində olan aktiv dindarların vilayəti-fəqih prinsipinin belə saxtalaşdırılmasına, inkarına göz yumması da başa düşülmür. Dinin digər prinsipi - əmri-beməruf yada düşür. Əgər bu gün hər hansı bir müsəlman dində olan əyriliyi, ədalətsizliyi görürsə, ona qarşı çıxış etmirsə bu o müsəlman üçün  müsbət hal sayılmır.

Bu, İranın Ermənistana olan münasibətinin hətta dini dəyərlərdən də üstün olduğunun bariz əlamətlərindəndir.

Bu, həm də Qərb aləminə mesajdır ki, İranın siyasətinə təsir etməyin  ən rahat, ən asan yol məhz ermənilərdən və Ermənistandan keçir.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
739

Son xəbərlər

Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir - VİDEOBu gün, 10:32May ayının 1-dən balıq ovuna qadağa qüvvəyə minirBu gün, 10:01Bakıda müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıb - VİDEOBu gün, 10:00“Azeronline LTD” BM-ə yeni rəhbər təyin olunduBu gün, 10:00Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilibBu gün, 09:57AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:35Mikayıl Cabbarov Sahibkarlar Günü ilə bağlı paylaşım edibBu gün, 09:28ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36
Bütün xəbərlər