Mübariz Əhmədoğlu: Vatikan Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyinin dəyişilməsində maraqlıdır | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Vatikan Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyinin dəyişilməsində maraqlıdır

09:23 - 13 / 11 / 2019
Mübariz Əhmədoğlu: Vatikan Dağlıq Qarabağ məsələsində Ermənistanın mövqeyinin dəyişilməsində maraqlıdır

Müqəddəs taxt-tacın Dövlət Katibi Pol Riçard Qallaher 4 günlük səfərlə Ermənistanda oldu. Səfər anons olunmadı. Bu o deməkdir ki, P.R.Qallaherin səfəri Ermənistanın maraqlarına uyğun deyil. Ona görə yalnız səfər baş tutduqdan sonra məlumat yayıldı.

Ermənistanın maraqlarına cavab verən səfər olsaydı, səfərin günü bəlli olduğu gündən Ermənistan mətbuatı təbliğat aparardı. Qallaherin Ermənistana səfərinin rəsmi Yerevan üçün narahatlıq doğuran tərəfi onun Dağlıq Qarabağ mövzusunu aktivləşdirməsi ilə bağlıdır.

Bir neçə gün sonra “Dünya dini liderlərinin II Bakı Sammiti” keçirilir. Vatikanın yüksək çinli rəsmisi, çox böyük ehtimalla Qallaherin özü Bakıda keçiriləcək bu tədbirdə iştirak edəcək.

Vatikanın Ermənistanın 2 ümummilli probleminə yanaşması aydındır. “Erməni soyqırımı”nın tanınmasında Vatikan Ermənistana qismən dəstək verir. Qismən sözünü təsadüfən işlətmirik. İndiki Roma Papası Fransiski Argentinada erməni mühitində doğulub, boya-başa çatmış şəxsdir. Ona görə müəyyən qədər erməni faktorunu istisna etmirik. O, “erməni soyqırımı”nın tanınması istiqamətində addım atdı, bu zaman yunanların və Ponti assuriyalıların da “soyqırımını” bura əlavə etdi. Vatikan təkcə “erməni soyqırımı”nı deyil, 3 etnosun “soyqırımı”nı tanıdı. Bu ermənilərin xoşuna gələn məsələ deyil. Ermənilər yalnız özlərini fərqləndirmək istəyirlər və xüsusi olaraq qeyd edək ki, “erməni soyqırımı”nın tanınması prosedurundan az keçmiş Vatikan Türkiyə ilə münasibətlərdə “erməni soyqırımı”nı tanıyan qərarını dəyişdiyini nümayiş etdirdi.

Vatikan digər ümummilli erməni məsələsi olan Dağlıq Qarabağ məsələsində bu günədək Ermənistana heç bir dəstək etməyib. Müəyyən bir dövr passivlik, susqunluq dövrü olub. Sonradan Vatikan özünün diplomatiyası ilə Dağlıq Qarabağ məsələsində Ermənistanın yanında olmadığını nümayiş etdirib. Son illərdə isə Vatikanın Dağlıq Qarabağ tənzimlənməsində mövqeyi Azərbaycanın mövqeyinə yaxınlaşır. Başqa sözlə, beynəlxalq hüququ dəstəkləməyə yaxınlaşır. Heydər Əliyev Fondunun rolu şəksizdir.

Vatikan üçün Dağlıq Qarabağ məsələsinin digər hədsiz konseptual və strateji anlamı var. Vatikan üçün Yaxın Şərqdə xristianların qalması çox vacib məsələdir və Papa Fransiskin prezident V.Putinlə 6 dəfə görüşməsinin səbəbi yalnız budur. V.Putinin Yaxın Şərqdə xristianların müdafiəsi kimi başa düşülən uğurlu kampaniyası Papa Fransiski 6 dəfə V.Putinlə görüşməyə vadar edib. Cənubi Qafqazın sivilizasiyaların toxunma xətti olduğunu Vatikanda bilirlər. Sivilizasiyaların toxunma xəttini barışıq, dinlərin birgə yaşayış şəraitində inkişafı mühitinə çevirmək Vatikan üçün çox vacibdir. Cənubi Qafqazın dinlərin qarşıdurması xəttinə çevrilməsi Vatikanın Yaxın Şərqdəki planlarını da alt-üst edəcəkdir.

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatında (İƏT) mövqeyi çox güclüdür və İƏT mütəmadi surətdə Azərbaycanı dəstəkləyir. Belə olan halda Qallaher Bakıya səfəri ərəfəsində Ermənistana məhz Qarabağ məsələsini müzakirə etməkdən ötrü döndü. Çox böyük ehtimalla ermənilər Qallaherin dediklərini qəbul etməyiblər. Qallaher Ermənistandan əliboş qayıdıb. Bu halda Vatikan Azərbaycanla əlaqələri bir az da möhkəmlətdikdən sonra ola bilər daha aydın bir bəyanat versin.

İƏT üzvü olan Azərbaycan Dağlıq Qarabağ tənzimlənməsində Vatikanın mövqeyinə, vasitəçiliyinə müsbət münasibət bildirməklə, əslində çox ciddi geosiyasi addım atmış olacaq və bu addım Azərbaycan üçün yalnız uğur gətirə bilər. Çünki İƏT-də Azərbaycanın xristian dünyası, Avropa ilə əlaqələrinin mahiyyətini başa düşürlər. İƏT üzvləri də Azərbaycanın xristian dünyası, Vatikanla əlaqələrinin inkişafında maraqlıdır. Ona görə Qallaherin Ermənistana səfəri Dağlıq Qarabağ tənzimlənməsində nəticəsiz qalmayacaqdır.

Mübariz Əhmədoğlu,

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

Paylaş:
585

Son xəbərlər

XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03
Bütün xəbərlər