Müğənni Hissin emosiya və hisləri: Ən əsası – səmimi olmaqdır – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Mədəniyyət

Müğənni Hissin emosiya və hisləri: Ən əsası – səmimi olmaqdır – FOTO – VİDEO

17:01 - 17 / 10 / 2019
Müğənni Hissin emosiya və hisləri: Ən əsası – səmimi olmaqdır – FOTO – VİDEO

1news.az oxucularına qısa zamanda “Sevdim” mahnısı hitə çevrilərək azərbaycanlı dinləyicilərin sevimlisinə çevrilən müğənni Hiss ilə tanış edir:

- Röya, 1news.az oxucuları sizi tanıması üçün özünüz barədə bizlərlə nələri bölüşərdiniz? İlk növbədə və ən əsası Röya kimdir?

- İlk öncə müsahibəyə dəvət etdiyiniz üçün sizə təşəkkür edirəm.  24 yaşım var. Texniki sahə (neft-qaz) üzrə təhsil almışam. Hal-hazırda turizm sektorunda çalışıram. Bununla belə musiqi yaradıcılıq işlərimi də davam etdirirəm.

- Necə oldu ki, müğənni olduğunuz? Bu, sizin əsas fəaliyyətinizdi, yoxsa müğənniliyi təhsil və işinizlə birləşdirirsiniz?

- Təbiətcə yaradıcılığı, incəsənəti sevirəm. Mənə görə incəsənət, musiqi insanları daxili mənləri ilə üzləşdirən, onları düşünməyə vadar edən və olduğu andan həzz almağa kömək edən yeganə vasitələrdəndir.  Uşaqlıq yaşlarımdan bəri incəsənətə qarşı böyük sevgim olub, ya aktrisa ya da musiqiçi olmağı hər zaman arzulamışam. Artıq kiçik yaşlarımdan musiqi dərnəklərində eləcə də, uşaq musiqi yarışmalarında televiziyada olan iştirakım məni müğənni olmaq istəyimi lap o vaxtdan möhkəmləndirmişdi.

Xeyr, əsas fəaliyyətim deyil.

- Bizlərə yaradıcılıq təxəllüsünüzün tarixçəsindən bəhs edərdiniz.

- Bildiyiniz kimi səhnəyə çıxan ilk Röya deyiləm. Röya xanım həm səsi həm də tərzi ilə tamaşaçıların qəlbində özünəməxsus yerini artıq əldə edib. İlk Röya ola bilməyəcəyim üçün ilk “Hiss” olmağa qərar verdim. Hiss`ə gəldikdə isə onu deyə bilərəm ki,təxəllüsüm qısa, yadda qalan, eyni zamanda oxuduğum mahnılar ilə eyni tərzdə, hisslərə xitab edən və mahnılarımı təsvir edən bir təxəllüs olmalı idi.

- Kimlərin mahnılarından ilhamlanmısınız  və hansı sənətçi sizin müğənni kimi formalaşmağınıza təkan verib?

- Xüsusi ilhamlandığım bir sənətçi yoxdur. Düşünürəm dinləyicilər də təsdiqləyər ki, mənim öz mahnılarım da üslub olaraq hansısa sənətçinin işlərinə bənzər deyil.

- Musiqi istiqamətinizi necə xarakterizə edərdiniz? Hiss hansı stildə (üslubda) oxuyur?

- Müəyyən bir üslubu təmsil etmirəm. Hisslərə xitab etdiyi müddətcə müxtəlif janrlarda mahnılar oxuya bilərəm. İndiyə qədər işıq özü görmüş işlərim arasında hip-hop tərzi də var. Ancaq bu o demək deyil ki, mən daima bu üslubda çıxış edəcəyəm.

- Hiss nədən oxuyur? Mahnılarınızın əsas mesajı nədir?

- Ümumiyyətlə çalışıram ki, ifa etdiyim mahnılar məna baxımından müəyyən bir məzmunu izləsin. Qafiyə xətrinə bir məna kəsb etməyən söz yığınını mahnı kimi qələmə vermək düzgün deyil. Mahnı sırf qulağa xoş səslənsin deyə yazılıb bəstələnməli deyil, eyni zamanda nəsə bir məzmun ifadə etməlidir. Öz mahnılarıma gəldikdə isə mahnılarımın məzmunu gündəlik həyatdan götürülüb deyə, məncə hər kəs özünəuyğun bir mesaj alır mahnılarımdan. Bundan başqa, bu ay yayımlanmış son iki yeni layihədə qadın hüquqlarının pozulmasına, həmçinin gənclərin və eləcə də yeniyetmələrin narkotik maddə istifadəsinə qarşı istiqamətlənmiş sosial yönümlü mesajlar qabardılıb.

- Hiss kimlər üçün oxuyur – daimi dinləyiciləriniz kimlərdir?

- Statistik göstəricilərə görə izləyicilərim 18-35 yaş aralığının nümayəndələridir əsasən. Keyfiyyət olaraq izləyicilərim obyektiv, proaktiv, təşəbbüskar və əməyə qiymət verən insanlardır. Bunu həm mahnılarıma gələn həm müsbət həm də mənfi rəylərdən, eyni zamanda mənə yazılan ismarıclara əsaslanaraq deyirəm.

- Özünüzü Azərbaycan şou-biznesinin bir hissəsi hesab edirsiniz?

- Məncə şou-biznes bir termin olaraq ötən 10 – 15 illik period ərzində mövcud olan bir məvhum idi. Hansında ki, texnologiyanın əlçatmaz olması və ya heç mövcud olmaması televiziyanı KİV arasında yeganə və dominant tərəf kimi saxlayırdı. İnternetin həyatımıza inteqrasiya olmasından sonra digər sahələr kimi şou biznes konsepsiyası da demək olar ki, kökündən dəyişib. İndiki tamaşaçı gündəlik olaraq daha çox məlumat alır, izləyəcəyi və ya dinləyəcəyi məzmunu özü seçə bilir. İndi şou-biznesin mövcudluğuna inanmıram.

- “Avroviziya-2020”  mahnı müsabiqəsinin milli seçim turları yaxınlaşır. Bu müsabiqəyə münasibətinizi bilmək istərdik. Bu müsabiqədə iştirak edərək Azərbaycanı təmsil etmək istərdiniz?  

- Niyə də yox?! Bu müsabiqəyə münasibətim müsbətdir. Avropa dinləyicisinə təqdim olunan işin bir parçası olmaq hər şeydən öncə böyük təcrübədir. Elə bir səhnədə sərgilənəcək performansdan, böyük kütlə qarşısında çıxışdan öyrəniləcək çox şey var.

- Özününüzü məşhur hiss edirsiniz? Əgər belədirsə, bu, ilk növbədə özünü nədə büruzə verir?

- Özümü məşhur hiss etmirəm. Ancaq yaradıcılığımın başlanğıcı ilə indiki gün arasında müqayisə aparası olsaq, çöldə insanların mənə qarşı daha diqqətli nəzərləri və ya insanların məni bugün haradasa gördükləri ilə bağlı ismarıcları fərqli məqamlardandır.

- Siz internetdən TV məkanına gələn sənətçisiniz. İTV-nin axşam şousunda iştirakınız bunun parlaq nümunəsidir. Müğənniliyə ilk qədəmlərini atmış musiqiçi və müğənnilərə nələri tövsiyyə edərdiniz ki, onlar da sosial şəbəkələrdə uğura nail ola bilsinlər?

Səmimilik ən öndə gələn şərtdir. İlk addımdan insan özünü olduğu kimi tanıdanda və elə o cür də qaldığı zaman izləyicilərin sevgisini qazanmaq mümkün olur. Bundan başqa, səs və maddiyat da önəmlidir.  Və ən əsası isə məqsədin üzərində möhkəm dayanmaqdır. Uğur bir gecə içində baş verməyəcək. Zamanla və tədricən baş verəcək hər şey. Səbirli olmaq lazımdır.

- Sizin fikrinizcə, uğur qazanmaq nədir?

Qısa olaraq, gördüyün iş səni xoşbəxt edirsə, bu artıq özü bir uğurdur. Yəni uğur səni xoşbəxt edən işin nə olduğunu müəyyən edə bilməkdir.  Çünki sevərək görülən işdə uğur əldə etmək asandı və dəqiqdir ki, uğur əldə edəcəksən.

- Və sonda bir qədər də yaxın və uzaq gələcəklə qarşınıza qoyduğunuz hədəflərdən bəhs edərdiniz

Yaxın gələcəkdə öz dilimizdə yaradıcılığıma davam edəcəm. Uzun müddətdə isə daha böyük kütləyə səsimi çatdırmaq istəyirəm. Həm xarici peşəkarlar ilə əməkdaşlıq həm də uzun zamanda xarici dildə öz mahnılarımı ifa etmək planlarım arasındadır. Təşəkkür edirəm suallarınız və dəvətiniz üçün !

Hissin yaradıcılığı haqqında daha ətraflı məlumatı YouTubeInstagram və Twitter sosial şəbəkələrindən əldə edə bilərsiniz.

S.Xankişiyeva

 

 

 

Paylaş:
23484

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər