1news.az

Nazir: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır

8 Avqust saat 12:04 ~ 1 dəqiqəlik oxu 2900
Nazir: Rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır

Ölkəmizdə mütəxəssis hazırlığı Dördüncü Sənaye İnqilabının tələbləri, rəqəmsallaşma, müasir texnologiyaların geniş yayılması ilə ayaqlaşmalı və rəqabətqabiliyyətli kadrların hazırlığına xüsusi diqqət artırılmalıdır.

1news.az-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev ali təhsil müəssisələrinin rəhbərləri ilə videogörüşdə deyib.

Onun sözlərinə görə, təhsilimizin əsas fəaliyyət istiqamətləri ölkəmizin sənaye və iqtisadi inkişafı ilə tam bağlı olmalıdır. Ali təhsil müəssisələri tərəfindən ehtiyac duyulan sahələr üzrə mütəxəssislərin hazırlığının vacibliyinə, müasir dövrün yeni ixtisaslarına diqqət yetirilməli və gələcəkdə müxtəlif peşələr üzrə yaranması proqnozlaşdırılan ehtiyaclar dərindən təhlil edilməlidir.

Görüşdə, eyni zamanda, dayanıqlı və şəffaf keyfiyyət təminatı proseslərinin qeyd olunan hədəflərə nail olunmasında xüsusi rolu vurğulanıb və geniş ictimaiyyətin bu prosesə cəlb olunmasının əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bundan əlavə, ölkə başçısının müvafiq Fərmanı ilə keçən ilin sonunda yaradılmış Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bu prosesdə təhsil müəssisələrinə zəruri dəstək göstərəcəyi bildirilib.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net