Pandemiya xəstəxanasının həkimi: Elm adamları təhlükəsiz peyvənd yaratmaq üçün mübarizə apararkən özümüzü və yaxınlarımızı qorumalıyıq | 1news.az | Xəbərlər
Cəmiyyət

Pandemiya xəstəxanasının həkimi: Elm adamları təhlükəsiz peyvənd yaratmaq üçün mübarizə apararkən özümüzü və yaxınlarımızı qorumalıyıq

16:18 - 02 / 12 / 2020
Pandemiya xəstəxanasının həkimi: Elm adamları təhlükəsiz peyvənd yaratmaq üçün mübarizə apararkən özümüzü və yaxınlarımızı qorumalıyıq

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yay proqnozları özünü doğrultdu və payızın gəlməsi ilə dünyada, o cümlədən ölkəmizdə yeni COVID-19 virusuna yoluxma sayı xeyli artdı. Son günlər infeksiyaya 4 mindən çox yeni yoluxma qeydə alınır, ölüm sayı isə gündəlik olaraq artır.

1news.az hazırda yalnız pandemiya xəstəxanası kimi fəaliyyət göstərən Mərkəzi Gömrük Hospitalının həkimi, terapevt Xumar Novruzova ilə söhbət etdi. O, COVID-19 virusuna yoluxma sayının kəskin artmasının səbəbləri barədə danışmaqla yanaşı, virusdan qorunmağın yollarını göstərdi, eyni zamanda karantin tədbirlərinin sərtləşdirilməsinin zəruriliyi barədə fikirlərini bildirdi:

“Gəlin ilk sualı cavablandırmağa çalışaq - xəstələrin sayında bu qədər ciddi artımın səbəbi nədir? Bizdən asılı olmayan bir neçə amil var - bu soyuq hava dövrünün başlanğıcı, immunitetin zəifləməsi, kəskin tənəffüs xəstəlikləri və qrip mövsümünün olmasıdır. Eyni zamanda təsir edə biləcəyimiz səbəblər də var. Bunlar infeksiyaya qarşı qoruyucu tədbirlərdir. Həqiqətən, sərt karantin dövründə yoluxma kəskin şəkildə azaldı. Yəni, ziyafətlər təşkil etmirsinizsə, ziyarətə və izdihamlı yerlərə getmirsinizsə, əsas gigiyena qaydalarına riayət edirsinizsə, maska taxırsınızsa və tez-tez əllərinizi yuyursunuzsa – bütün bunlar yoluxmanın azalmasına səbəb ola bilər”.

X.Novruzovaya görə, gənclərin xəstəliyi simptimsuz keçirsələr də, yaşlı valideynləri üçün virus daşıyıcısı olurlar:

“Hətta belə bir şüar var: “Nənənizi qoruyun!” Əlbəttə ki, babanızı da. Axı onlar bu kədərli zəncirdə ən həssas halqadırlar.

Bəzi alimlərin belə bir fikri də var ki, əhalinin 60% -i xəstələnsə və ya onlara peyvənd vurulsa xəstəlik geri çəkiləcək. Bəlkə də belədir. Ancaq gəlin reanimasiya şöbələrindəki xəstələrdən və ya sevdiyi birini uğursuz virusdan itirənlərdən soruşaq, xəyali immunitet naminə xəstələnmək istərdinizmi? Axı COVID-19-a qarşı immunitetin çox qısa ömürlü olduğu məlumdur. Təkrarlanan və olduqca ciddi yoluxma halları məlumdur”.

X.Novruzova qeyd edir ki, həkimlər xəstələrin taleyi və sağlamlığı ilə oynaya bilməzlər. Bu gün həkimlər və tibb bacıları çox gərgin işləyirlər, xəstəxanalar, poliklinikalar dolub, təcili yardım maşınları çağırışlara getməkdə çətinlik çəkirlər. Ancaq ruhdan düşmürük. Virus hələ geri çəkilməyi düşünməsə də.

“Nə etməli?” sualını da cavablandıran həkim, virusdan qorunmağın öz əlimizdə olduğunu söyləyib:

“Alimlər təhlükəsiz bir peyvənd yaratmaq üçün mübarizə apararkən, özümüzü və yaxınlarımızı qorumalıyıq. Sərt karantin tədbirlərinin həm hökumətin, həm də ayrı-ayrı vətəndaşların maliyyə imkanlarını vurmasına baxmayaraq, hazırda məhdudlaşdırıcı tədbirlər bu bəlaya qarşı mübarizədə ən təsirli metodlardan biridir. Beləliklə, gəlin ağ xalatlı insanlara bizi və yaxınlarımızı xilas etməkdə kömək edək. Birlikdə daha güclüyük”.

Leyla Məmmədova

Paylaş:
543

Son xəbərlər

Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06
Bütün xəbərlər