Pantene Altın Kelebek Mükafatının qalibi Röya oldu - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pantene Altın Kelebek Mükafatının qalibi Röya oldu - FOTO

10:30 - 06 / 07 / 2020
Pantene Altın Kelebek Mükafatının qalibi Röya oldu - FOTO

46-cı “Pantene Altın Kelebek” mükafatlarının təqdimetmə mərasimi 5 iyul tarixində yeni formatda baş tutub.

COVİD-19 səbəbilə təxirə salınan mükafatlandırma mərasimi yeni dövrə uyğun konsepti ilə tamaşaçılara yayın ən parlaq gecəsini yaşadıb. Gecədə mükafat qazanan məşhurlar elan edildikdən sonra  onlarla əlaqə saxlanılıb və gecə onların çıxışları və möhtəşəm performanslarla yadda qalıb.

Qeyd edək ki, Pantene Altın Kelebek Mükafatlarında artıq 3-cü dəfədir ki, Azərbaycan üçün xüsusi kateqoriya ayrılır. Bu il də 8 məşhur; Azad Şabanov, Elçin Cəfərov, Gülay Zeynallı, Nura Suri, Oksana Rəsulova, Pərvin Abiyeva, Röya Ayxan və Sevda Yəhyayeva “Azərbaycanın Ən Parlaq Ulduzu” nominasiyası üzrə namizəd olublar.

Azərbaycanlı izləyicilərin verdiyi səslər nəticəsində Pantene Altın Kelebek Mükafatının qalibi Röya Ayxan seçilib. İkinci dəfə Altın Kelebek mükafatına layiq görülən ifaçı mükafatını hazırki pandemiya səbəbilə itirdiyi sənətçi dostlarına həsr etdiyini bildirib.

Xalq artisti xüsusi olaraq hazırladığı repertuarı ilə Mükafatlandırma Gecəsinə rəng qatıb. "Bu yay sənin yayın" konsepti ilə tamaşaçılara ilham verən gecədə isdedad və uğurları ilə seçilən məşhurlar qazandıqları mükafatları ilə yaya güclü bir başlanğıc ediblər.

1news.az

 

Paylaş:
872

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər