Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO

15:40 - 11 / 05 / 2020
Paşinyanın babasının SS-çi olduğu üzə çıxdı – FOTO

Ermənistan Baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən Müharibəsi illərində faşist Almaniyasının qoşunlarının sıralarında döyüşdüyü məlum olub.

1news.az xəbər verir ki, bu faktın üstü Nikol Paşinyanın Facebookda paylaşdığı statusdan sonra erməni jurnalistlərin baş nazirin babasının şəxsiyətini üzə çıxarmaq üçün apardıqları araşdırmalardan sonra açılıb.

İravunk.com saytında getmiş “Düşmənlə əməkdaşlıq etdi, öldü”: Nikol Paşinya haqqında məlumatlar” başlıqlı məqalədə baş nazirin babası konkret faktlar əsasında ifşa edilir.

Xatırladaq ki, 9 May ərəfəsində Ermənistanın Baş naziri Nikol Paşinyan onunla eyni adı daşımış babası Nikol Paşinyanın şəklini yayımlayaraq aşağıdakı sözləri yazıb: “Nikol Paşinyan, 1913-1943. 138-ci piyada diviziyasının 554-cü piyada alayında xidmət etmişdir. Vətən uğrunda ölənlərə əbədi eşq olsun!”.

N.Paşinyanın babasının fotosunu paylaşmasından dərhal sonra yazılan şərhlərdə babası Nikol Vartanoviç Paşinyanın nasist ordusunun sıralarında, yəni Qaregin Njdenin rəhbərlik etdiyi legionda döyüşdüyü bildirilib.

Baba Paşinyanın düşmənlə əməkdaşlığını təsdiq edən sənədlər sosial şəbəkənin diqqətli istifadəçiləri tərəfindən də aşkar edilib.

Belə ki, 2007-ci ildə Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Xatirə” adlı veb saytda (www.obd-memorial.ru) Böyük Vətən Müharibəsi və müharibədən sonrakı dövrdə həlak olmuş, itkin düşmüş Vətən müdafiəçiləri haqqında məlumatlar yer alıb. Həmin saytda Nikola Paşinyan haqqında da məlumatlar yer alır, bu da Ermənistan mediasının yaydığı məlumatlarla tamamilə üst-üstə düşür.

Fotodakı mətnin tərcüməsi:

Alman mühasibat sənədi. Legioner Nikolay Vartanoviç Paşinyan, 1913-cü ildə Ermənistan SSR-də Yenokavan kəndində anadan olub və 1943-cü ildə Çviaxeldə (Hazırda Ukraynada yerləşən Novograd-Volınski şəhəri) vəfat edib.

Az sonra Ermənistan Müdafiə Nazirliyi təkzib axtarışına çıxıb və gülünc bir açıqlama yayıb. Bildirilib ki, Yenokovan kəndindən müharibədə iki Nikol Paşinyan iştirak edib. Onlardan biri SS sıralarında döyüşüb, digəri Sovet ordusunda.

“Baş nazirin babası Nikol Paşinyan Sovet ordusunda döyüşüb”, – nazirlikdən verilən açıqlamada bildirilib.

Sosial şəbəkə istifadəçiləri isə Müdafiə Nazirliyini faktları təhrif etməkdə, müharibə arxivini saxtalaşdırmaqda və “İkinci Nikol Paşinyan” uydurub baş nazirin babasını təmizə çıxarmaq cəhdində ittiham ediblər.

Daha sonra üzə ıxan aşağıdakı sənədlər Ermənistan Baş naziri Nikol Paşinyanın babasının Böyük Vətən Müharibəsi illərində faşist Almaniyasının qoşunlarının sıralarında döyüşdüyünü sübut edir.

1news.az

Paylaş:
1591

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər