Piketlə mitinqin fərqi, yaxud, radikallar nəyə hazırlaşır?! | 1news.az | Xəbərlər
Siyasət

Piketlə mitinqin fərqi, yaxud, radikallar nəyə hazırlaşır?!

09:48 - 07 / 10 / 2019
Piketlə mitinqin fərqi, yaxud, radikallar nəyə hazırlaşır?!

"Milli Şura" və AXCP-nin paytaxtın mərkəzində piket keçirməsinə icazə veriləndən sonra müxaliflər bu razılığı yanlış şəkildə təqdim edərək, əhalini çaşdırmağa başlayıblar.

Müxalifətə verilən icazəyə əsasən, onlar oktyabrın 8-i, saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə piket keçirə bilərlər. Söhbət məhz PİKETdən gedir, mitinqdən yox. Amma Milli Şura və AXCP insanları həmin aksiyaya səsləmək üçün geniş təbliğata başlayıblar.

Piket nədir?

"Sərbəst toplaşmaq azadlığı haqqında" qanununda "piket" anlayışı açıq şəkildə göstərilir. Qanuna görə, Piket - "ictimai və dövlət həyatı ilə bağlı məsələlərə dair fikirlərini ifadə edən şəxslərin nümayişdə iştirak edənlərdən daha kiçik bir qrupunun müəyyən yerdə toplaşmasıdır".

Həmin kiçik qrupun sayı və özünü necə aparmalı olduğu da dəqiqləşdirilir: Qanunun 9-cu maddəsinə əsasən, "Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı, 10 vattdan yüksək olan səsgücləndirici qurğulardan istifadə etməməlidirlər".

Amma AXCP və “Milli Şura” 50 nəfərlik insanın iştirak edəcəyi bir aksiya üçün olduqca geniş təbliğat aparırlar. Niyə? Doğrudanmı, Əli Kərimli 50 nəfəri aksiyaya yığa biləcəyinə əmin deyil? Bəli, işin o tərəfi də var, amma güdülən məqsədlər hazırda başqadır:

1) Hakimiyyətin guya nədənsə çəkinib, geri addım atdığını göstərmək;

2) Belə bir ssenarini gerçəkləşdirmək: Piketə 50 nəfərdən daha çox insan gəlir, polis qanunun tələbinə əməl edərək, onların dağılışmasını tələb edir, qarşudurma yaranır və bu faktdan hələ xeyli müddət iqtidara qarşı istifadə olunur.

Göründüyü kimi, hakimiyyət hətta xoş niyyət göstərəndə də, radikallar ondan qərəzli və cəmiyyət üçün ziyanlı şəkildə istifadə etməyə çalışırlar...

Bakı Şəhər Baş Polis İdarəsi də artıq xəbərdarlıq edib ki, piketin keçiriləcəyi ərazidə hərəkətin intensivliyini, əhalinin sıxlığını nəzərə alaraq, polis tərəfindən qanunun tələblərinə uyğun razılaşdırılan xüsusatlardan kənar, qanunsuz müdaxilə və cəhdlərin, əhalinin rahatlığını, təhsil müəssisələrinin, idarə və təşkilatların normal fəaliyyətini və nəqliyyatın işini pozan qanunsuz hərəkətlərin qarşısı alınacaq. Say tərkibi müəyyən olunan piket iştirakçılarından kənar şəxslərin təyin olunmayan yer və ətraf ərazilərə toplanması nəzərdə tutulmayıb.

azvision.az

Paylaş:
628

Son xəbərlər

“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13DTX rəisi: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”Bu gün, 10:10Tibbi tullantılarla təhlükəsiz davranış – sağlam gələcəyin zəmanətidirBu gün, 10:00Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb - FOTO - VİDEOBu gün, 09:59Əli Nağıyev: Ötən il DTX tərəfindən 340 şəxs barədə 190 cinayət işinin ibtidai istintaqı aparılıbBu gün, 09:51Martın 30-da uşaq bağçalarına müdir vəzifəsinə qəbulun test imtahanı mərhələsi keçiriləcəkBu gün, 09:47Dörd rayonda qaz kəsiləcəkBu gün, 09:33
Bütün xəbərlər