PKK-nın xüsusi təyinatlıları Qarabağa yerləşdirilir | 1news.az | Xəbərlər
Siyasət

PKK-nın xüsusi təyinatlıları Qarabağa yerləşdirilir

13:54 - 16 / 09 / 2020
PKK-nın xüsusi təyinatlıları Qarabağa yerləşdirilir

Livanlı ermənilərin ardınca PKK terror təşkilatının xüsusi təyinatlı qüvvələri də Qarabağa yerləşib.

1news.az xəbər verir ki, bu sensasion məlumatı Türkiyənin “Cümhuriyyet” qəzeti yayıb.

Qəzet yazır ki, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik vəziyyəti dəyişdirmək yönündə fəaliyyətini davam etdirir. Paşinyan hökuməti Beyrutda baş vermiş partlayışdan sonra yüzdən çox livanlı ermənini Dağlıq Qarabağda və ətraf rayonlarda məskunlaşdırıb. Daha əvvəl isə Ermənistan suriyalı erməniləri Dağlıq Qarabağda yerləşdirmişdi.

“Paşinyann demoqrafik vəziyyəti dəyişdirməklə yanaşı Dağlıq Qarabağa hərbi fəaliyyətləri də gücləndirib. Regiondakı təhlükəsizlik qaynaqlarından əldə edilən məlumatlara görə PKK-nın dırnaqarası xüsusi təyinatlı qüvvələri Dağlıq Qarabağa göndərilib və orada ermənilərə hərbi təlim keçir. PKK Qarabağda yeni hücum dalğası başlatmağa hazırlaşır, bu arada 250-yə yaxın erməni əsgəri də Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərilib”- deyə, qəzetdə qeyd olunub.

Bildirilir ki, erməni əsgərlərlə PKK arasındakı bu işbirliyi Fransanın vasitəçiliyi ilə baş tutub. Erməni əsgərləri Fransanın müşahidəsi və vasitəçiliyi altında PKK ilə danışıqlar aparıb.

Bir müddət əvvəl İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani verdiyi açıqlamada bildirmişdi ki, Livanda yaşayan erməni ailələrinin Qarabağa köçürülməsi işin görünən tərəfidir. Onun sözlərinə görə, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK-çı Dağlıq Qarabağa yerləşdirilib.

Qeyd edək ki, PKK terror təşkilatının Azərbaycanın işğal altındakı ərazilərində, o cümlədən Kəlbəcərdə təlim düşərgələrinin olduğu barədə məlumatlar daha əvvəllər də yayılmışdı.

1news.az

Paylaş:
901

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər