1news.az

Polis İsmayıllıda itkin düşmüş 3 uşaq anasını axtarır

22 Avqust saat 10:18 ~ 1 dəqiqəlik oxu 66
Polis İsmayıllıda itkin düşmüş 3 uşaq anasını axtarır

İsmayıllıda 3 uşaq anası itkin düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, 1989-cu il təvəllüdlü İsmayıllı rayonu Qalınçaq kənd sakini, 3 uşaq anası Pərvanə Bədəlova iyulun 28-də gecə saatlarında 4 yaşlı övladını da özü ilə götürərək yaşadığı ünvandan naməlum istiqamətdə gedərək itkin düşüb.

P.Bədəlovanın boyu 160 sm, gözlərinin rəngi qaradır. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin 020-285-11-89 şəhər, (050) 280-45-00, (050) 656-99-00 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2019 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net