1news.az

Polis Xızıda həyətində narkotik becərən şəxsi saxladı

8 Avqust saat 09:36 ~ 1 dəqiqəlik oxu 2940
Polis Xızıda həyətində narkotik becərən şəxsi saxladı

Həyətində narkotik becərən Xızı sakini saxlanıldı.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan 1news.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayonun Yeni Yaşma qəsəbə sakini Xəyal Qədirov yaşadığı evin yaxınlığında saxlanılıb.

Hal şahidlərinin iştirakı ona məxsus fərdi yaşayış evinə keçirilən baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş 13 ədəd çətənə bitkisi aşkarlanıb.

Dindirilmə zamanı X.Qədirov çətənə bitkilərini şəxsi istifadəsi üçün becərdiyini etiraf edib. Faktla bağlı Xızı Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.

Qafar Ağayev

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net