Politoloq: ATƏT MQ formatına alternativ düstur təqdim etmək Ermənistan üçün baha başa gələ bilər | 1news.az | Xəbərlər
Siyasət

Politoloq: ATƏT MQ formatına alternativ düstur təqdim etmək Ermənistan üçün baha başa gələ bilər

09:50 - 07 / 10 / 2019
Politoloq: ATƏT MQ formatına alternativ düstur təqdim etmək Ermənistan üçün baha başa gələ bilər

Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ tənzimlənmə variantı Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqlarının marağına uyğun olaraq tənzimlənməlidir” tezisini sloqana çevirmişdi.

Qürur duyurdu ki, ilk Ermənistan lideridir ki, Azərbaycan xalqının marağını da nəzərə alır. Amma təbii ki, onun bu sloqanda hiyləsi var idi. İntellekti aşağı olduğu üçün elə düşünürdü ki, onun hiyləsini heç kəs başa düşməyəcək. Onun bu sloqanı həm də Ermənistanın əleyhinədir. Çünki bu “Dağlıq Qarabağ münaqişəsi 3-4 subyektin rəyi ilə tənzimlənməlidir” formatı alternativ vasitəçilik formatına uyğundur. ATƏT-in Minsk Qrupu formatı 25 ildir tam strukturlaşıb. ATƏT MQ formatı özünün nöqsanlarını da bilir. Yəqin ki, yaxınlarda BMT-yə müraciət edib, statusunu da artıracaq. Ona görə ATƏT MQ formatına alternativ düstur təqdim etmək, bu Ermənistan üçün baha başa gələ bilər.

Çünki Ermənistan Dağlıq Qarabağ tənzimlənməsində yalnız ATƏT-in Minsk Qrupuna möhtacdır. ATƏT-in Minsk Qrupu qərarları konsensusla qəbul edir. Ermənistan dəqiq bilir ki, onun beynəlxalq aləmdə heç bir tərəfdaşı yoxdur, heç kəs Ermənistanı nüfuzlu tərəfdaş hesab etmir. Ermənistanın müstəqillik dövründəki siyasətçiləri qədim erməni tarixindən yaradılmış  miflərin hamısını “yeyib dağıdıblar”. Ona görə ermənilərin ümidi Dağlıq Qarabağ tənzimlənməsinə konsensus verməməklə tənzimlənmə prosesini yubatmaqdır.

ATƏT MQ-nin tənzimlənmə variantında isə konkret olaraq Dağlıq Qarabağın statusunu Dağlıq Qarabağın əhalisi, yəni Dağlıq Qarabağın azərbaycanlıları və erməniləri müəyyənləşdirəcəkdir. Bura Azərbaycanı və yaxud Ermənistanı əlavə etmək artıq bu formatdan kənara çıxmaq deməkdir. ATƏT MQ həmsədrləri N.Paşinyanın fikirlərini özlərinə qarşı hörmətsizlik kimi qəbul etməlidirlər.

Paşinyanın tezisindən daha ciddi politoloji əsaslandırmaya malik Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin mövqeyi ortalıqdadır. Bu ATƏT-in Minsk Qrupu həmsədrlərini iki ölkə liderinin yanaşmasına münasibət bildirməyə vadar etməlidir və ATƏT Minsk Qrupu özlərinin də fəaliyyəti ilə bağlı konkret addımlar atmalıdırlar. Əgər Ermənistan rəhbərliyinin savadsızlığının şantajına tez-tez rast gəlmək istəmirlərsə ATƏT-in Minsk Qrupu BMT qarşısında məsələ qaldırmalıdırlar.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq

 

Paylaş:
539

Son xəbərlər

XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03
Bütün xəbərlər