Qazdan qeyri-qanuni istifadə aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazdan qeyri-qanuni istifadə aşkarlandı

15:01 - 10 / 04 / 2020
Qazdan qeyri-qanuni istifadə aşkarlandı

“Azəriqaz” İstehsalat Birliyi qazdan qanunsuz istifadə halları ilə bağlı araşdırmalarını davam etdirir.

Birlikdən 1news.az-a verilən məlumata görə, əksər hallarda da bu cür faktlar qazdan normal istifadə edib, qanunsuz iş görənlərin əməllərindən əziyyət çəkən abonentlərin müraciətləri əsasında aşkarlanır. Aprelin 9-da aparılan reyd zamanı sayğacı olmadan, abonent kimi qeydiyyata düşmədən qazdan istifadə edən iki fərdi yaşayış evi və bir istixana üzə çıxıb.

Belə ki, Sumqayıt şəhəri 52-ci məhəllədə vətəndaş qaz xəttinin dirəyinin içərisi ilə əlavə qoşma edərək uzaq məsafədə yerləşən evinə həyətlərin içərisi ilə qaz xətti aparıb və qanunsuz şəkildə ondan istifadə edib: "Abşeron rayonunun Novxanı kəndində isə vətəndaş heç kimin ağlına gəlməyəcək üsula əl atıb. O, qaz xəttinin dirəyinin içərisindən götürdüyü əlavə qoşmanı kanalizasiya quyusunun içərisi ilə həyətinə apararaq qazdan istifadə edib.

Acınacaqlı məqam odur ki, istixana sahibləri də qaz xətlərinə müdaxilə edib, onu talamaqdan çəkinmirlər. Xəzər rayonu Zirə qəsəbəsində sayğacı olmadan, abonent bazasında qeydiyyata düşmədən, müqavilə bağlamadan qaz oğurlayan istixana da üzə çıxıb. Qanunsuz qoşulmalar dərhal ləğv edilib. Birliyin əməkdaşları hər 3 fakt üzrə materialları toplayaraq ölçü götürülməsi üçün aidiyyəti strukturlara təqdim edəcək.

“Azəriqaz” İstehsalat Birliyi bir daha bəyan edir ki, təbii qazdan belə qanunsuz istifadə hallarına heç kim yol verməsin. Bu, həm də digər normal şəkildə qazdan istifadə edən abonentlərə maneçilik törədir. Birliklə müqavilə bağlamaqla, sivil formada abonent statusu alıb, fərdi yaşayış evinə və ya sahibkarlıq obyektinə sayğac quraşdırdıqdan sonra qazdan istifadə etmək lazımdır. Əks halda, aşkarlanan belə faktlar üzrə daha ciddi tədbirlər görüləcək".

Qeyd edək ki, 2020-ci ilin 3 ayı (yanvar, fevral və mart ayları) ərzində Bakı şəhəri və Abşeron rayonu üzrə əhali tərəfindən 13 825, qeyri əhali tərəfindən 58 olmaqla, ümumilikdə təbii qazdan 13 883 qeyri-qanuni istifadə halı aşkar olunub. Həmçinin, Sumqayıt şəhəri üzrə təbii qazdan 17 qeyri-qanuni istifadə halı aşkarlanıb.

1news.az

Paylaş:
692

Son xəbərlər

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər