“Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq” - Rus icmasının sədri - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq” - Rus icmasının sədri - FOTO

17:19 - 31 / 10 / 2020
“Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq” - Rus icmasının sədri - FOTO

“Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq”.

1news.az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı, Azərbaycan Rus icmasının sədri Mixail Zabelin "Qarabağ Azərbaycandır!" şüarı ilə keçirilən avtoyürüş zamanı deyib.

O bildirib ki, son illər ərzində Azərbaycan rəhbərliyi yüksək səviyyədə müxtəlif dövlətlərin rəhbərləri ilə görüşlər keçirib, ölkədə humanitar və regionlararası forumlar keçirilib və bütün bunlar Azərbaycanın münaqişə ilə bağlı mövqeyinin aydınlaşdırılmasına böyük töhfə verib. Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında həllini tələb edir:

"İndi bizim Silahlı Qüvvələrimiz Azərbaycanın işğal olunmuş ərazilərini azad edir, biz tezliklə ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik, qaçqın və məcburi köçkünlər öz evlərinə qayıdacaqlar".

M.Zabelin əlavə edib ki, Azərbaycan, Türkiyə və Rusiya müharibədən sonrakı dövrdə regionda siyasi və iqtisadi sabitliyin təmin olunmasında vacib rol oynayacaq:

"Prezidentimiz dəfələrlə qeyd edib ki, ölkəmiz özünü təmin edə bilən ölkədir və ordumuz texniki və peşəkar baxımdan əla təchiz olunub. Birinci Qarabağ müharibəsində həlak olmuş 6 Milli Qəhrəmanımız rus əsillidir. Rus millətindən olan vətədndaşlar bu gün azərbaycanlılarla çiyin-çiyinə ərazilərin müdafiəsinə qalxıb. Qələbə Azərbaycanın olacaq və biz öz ərazilərimizi qaytaracağıq".

1news.az

Paylaş:
420

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər