Ramin Quluzadə: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramin Quluzadə: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

14:56 - 14 / 01 / 2021
Ramin Quluzadə: “Türkiyə və Azərbaycan poçtu yeni layihələrə imza atacaq”

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Türkiyənin “Poçt və Teleqraf Təşkilatı”nın (PTT) Baş direktoru arasında görüş keçirilib.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, R.Quluzadə Vətən müharibəsi dövründə göstərilən mənəvi və siyasi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını ifadə edib.

“Cənab Prezidentin tapşırığı ilə biz hazırda işğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlamışıq” – deyən nazir artıq Füzuli rayonundan tarixi Şuşa şəhərinə 1-ci dərəcəli yolun çəkilişinə başlanıldığını diqqətə çatdırıb. Ramin Quluzadə bildirib ki, bu layihəyə Türkiyə şirkətləri də cəlb olunub.

Nazir qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə innovativ layihələrin həyata keçirilməsi nəzərdə tutulur və bu, ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. “Smart city” layihələrinin icrası ilə bağlı hazırda tərəfimizdən dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır və görüləcək işlər, təbii olaraq, adıçəkilən ərazilərdə poçt sahəsinin də daha müasir tələblərlə inkişafına təkan verəcək”.

Daha sonra tərəflər iki ölkə arasında poçt və maliyyə xidmətləri sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən “Azərpoçt” ilə PTT arasında imzalanacaq müqavilələr barədə fikir mübadiləsi aparıb.

Nazir qeyd edib ki, respublikamızın əlverişli coğrafi mövqeyi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan Avrasiya regionunda əsas nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib. Nəticədə ölkələrarası elektron ticarət məhsullarının poçtla daşınması və çatdırılması sahəsində “Azərpoçt” MMC üçün də geniş imkanlar yaranıb:

“Məhz bu imkanlar çərçivəsində artıq 5 ildir Azərbaycan Poçtu elektron ticarət məhsullarının emalı və daşınmasına yönəlmiş regional tranzit poçt mərkəzi-HUB layihəsini həyata keçirir. Elektron ticarət məhsullarının “Azərpoçt”un Çindəki tərəfdaşlarından qəbul edilərək Bakıya – Heydər Əliyev Beynəlxalq Aeroportunun Logistika Mərkəzinə çatdırılması və burada “Azərpoçt” tərəfindən beynəlxalq poçt kimi emal olunaraq müvafiq təyinat ölkəsinə göndərilməsi təşkil olunur. Bu layihənin icrası zamanı Türkiyə Poçtu “Azərpoçt”un əsas tərəfdaşlarından biri olub”.

Nazir iki ölkə arasında elektron poçt, ticarət və pulköçürmələri sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. Qurumların bu gün imzalayacaqları sənədlər iki ölkə arasında daşınan poçt həcminin, mübadilə olunan pulköçürmələrinin artırılmasına şərait yaradacaq, eləcə də beynəlxalq e-ticarətin inkişafına töhfə verəcək.

Qafar Ağayev

Paylaş:
409

Son xəbərlər

İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Bakıda taxta bazarı yanırBu gün, 16:57Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər