1news.az

Şahmar Mövsümov: “Bilə-bilə başqalarını yoluxduranlar cinayət məsuliyyəti daşıyırlar”

3 İyul saat 18:09 ~ 1 dəqiqəlik oxu 4260
Şahmar Mövsümov: “Bilə-bilə başqalarını yoluxduranlar cinayət məsuliyyəti daşıyırlar”

Koronavirusa yoluxmuş və evdə müalicə alan insanlar evdən çıxaraq başqalarını yoluxdurduqda cinayət məsuliyyəti daşıyırlar.

1news.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov deyib.

“Artıq bununla bağlı bir neçə hal da müəyyən edilib. İnsanlar imza atdığı iltizama uyğun öhdəliyi yerinə yetirməsə, cinayət məsuliyyətinə cəlb olunmalıdır. Evdə müalicə olunan şəxs vəziyyəti ağırlaşsa, 103-ə zəng etməlidir”- deyə, Ş.Mövsümov qeyd edib.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net