“Savalan” şərab zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat köçürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

“Savalan” şərab zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat köçürdü

11:20 - 29 / 03 / 2020
“Savalan” şərab zavodu Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50.000 manat köçürdü

“Savalan” şərab zavodu Prezident İlham Əliyevin rəhbərliyi ilə COVID-19  infeksiyasına qarşı  həyata keçirilən kompleks və məqsədyönlü tədbirlərə öz dəstəyini göstərib.

Şirkət Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli Fərmanına əsasən koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin təmin olunması məqsədilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna  50.000 (əlli min) manat məbləğində pul vəsaiti köçürüb.

Bununla yanaşı, şirkət Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatları əsasında müştərilərin və əməkdaşların sağlamlığını qorumaq məqsədi ilə bütün təhlükəsizlik tədbirlərinə riayət edir, bu istiqamətdə müvafiq maarifləndirmə işləri aparır.

Paylaş:
637

Son xəbərlər

Bütün xəbərlər