Səfirlik: Meksika ilə Azərbaycan arasında turist axını 20% artıb | 1news.az | Xəbərlər
İqtisadiyyat

Səfirlik: Meksika ilə Azərbaycan arasında turist axını 20% artıb

10:59 - 20 / 08 / 2019
Səfirlik: Meksika ilə Azərbaycan arasında turist axını 20% artıb

Ötən il Meksika ilə Azərbaycan arasında ticarət mübadiləsinin həcmi rekord həddə çataraq 26,2 mln dollar olub.

Bu barədə 1news.az-a Meksikanın Azərbaycandakı səfiliyindən məlumat verilib.

Məlumatda deyilir ki, son dörd ildə ikitərəfli iqtisadi və turistik əlaqələr əhəmiyyətli şəkildə inkişaf edib.

“2019-cu ildə bu göstəricilərin ötən ilin rəqəmlərindən üstün olması gözlənilir. 2017-2018-ci illər ərzində Meksikadan Azərbaycana olan ixracatın həcmi 35.74% artıb, həmin dövrdə Azərbaycandan Meksikaya ixracatın həcmi isə 12.44% çoxalıb.

Meksika məhsullarının Azərbaycan bazarındakı iştirakına gəlincə, neft sənayesi üçün qazma alətləri 39%, qazma boruları 18%, neft və qaz üçün borular isə 10-12% təşkil edir. Həmçinin, Azərbaycana idxal olunan Meksika mənşəli pivə bazarda 12% yer tutur”, deyə məlumatda bildirilir.

Qeyd edilib ki, səfirliyin mədəniyyət və ticarətin təşviqinə yönəlmiş tədbirlərin dinamikası əsasında Meksika mədəniyyətinə olan maraq yaratmaq mümkün olub və bu sahədə məlumatlılıq artıb:

“Nəticəsi isə özünü turizm sahəsində biruzə verib. Bununla da, yalnız 2018-ci ildə Azərbaycanda meksikalı turistlərin sayı 8.93% artıb, Meksikada isə azərbaycanlı turistləri sayı 19.06% çoxalıb.. Ümumilikdə, səfirliyin açılmasından etibarən (2014-2018) ikitərəfli turistik axınları 20% artım olub. Azərbaycanlı turistlər əsas istiqamətlər kimi Mexiko şəhərini və Kankunu seçirlər .

Hər iki xalq arasındakı fiziki məsafəyə baxmayaraq, Meksika səfirliyi mədəniyyət, ikitərəfli ticarət və turizm vasitəsilə yaxınlaşmanı asanlaşdırmaq üçün intensiv iş aparıb.

2018-ci ildə 42 milyondan çox ziyarətçi qəbul edən Meksika dünyanın 6-cı ən çox ziyarət olunan ölkəsinə çevrilib. Ölkənin şimalındakı səhralı ştatlardan cənubdakı gözəl çimərliklərə qədər Meksikanın 32 ştatı zəngin mədəniyyət, macəra, istirahət və idman müxtəlifliyini təklif edir.

Türk Hava Yollarının İstanbul-Mexiko-Kankun-İstanbul uçuş xəttinin bu ilin avqust ayında işə salınması ölkələrimiz arasında turizm mübadiləsinə töhfə vermək üçün yeni imkanlar açacaq.

P.Sultanova

Paylaş:
840

Son xəbərlər

Bütün xəbərlər