Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub - FOTO

19:02 - 06 / 11 / 2019
Seulda OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələri üçün rəsmi qəbul təşkil olunub - FOTO

Noyabrın 7-də Koreya Respublikasının paytaxtı Seulda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının (OANA) XVII Baş Assambleyası öz işinə başlayacaq.

Bununla əlaqədar noyabrın 6-da OANA-ya üzv agentliklərin rəhbərləri və nümayəndələrinin şərəfinə Seul şəhərinin meri Park Von Sunun iştirakı ilə rəsmi qəbul təşkil edilib.

Yonhap agentliyinin prezidenti Ço San Bo Baş Assambleyanın keçirilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. O, üzv agentliklərin təşkilatın işində yaxından iştirak etdiyini bildirərək AZƏRTAC-ın OANA-ya sədrliyi dövrünün bir sıra yeniliklərlə yadda qaldığını vurğulayıb.

Sosial şəbəkələrin və onlayn medianın sürətlə inkişaf etdiyi bir vaxtda informasiya agentliklərinin rolunun daha da artdığını deyən Seul şəhərinin meri Park Von Su OANA-nın jurnalistikanın əsasını təşkil edən dəyərli ənənələri qoruyub saxlamasından məmnunluğunu ifadə edib. Yeni texnologiyaların jurnalistikanın inkişafına təsir etdiyini deyən mer bunun mətbuat üçün həm çağırışlar yaratdığını, həm də yeni imkanlar açdığını söyləyib.

Baş Assambleyanın gündəliyi barədə məlumat verən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclaslarda medianın inkişafı meyillərinin müzakirə olunacağını, OANA-nın bir sıra təşkilati məsələlərinin həll ediləcəyini deyib. “İki gün davam edəcək Baş Assambleyada biz üzv agentliklərin əməkdaşlıq perspektivləri, təşkilatın təkmilləşdirilməsi yolları barədə müzakirələr aparacaq, OANA Mükəmməllik Mükafatını qaliblərə təqdim edəcəyik. Əminəm ki, bu, Baş Assambleya da təşkilatımızın tarixində bir sıra həlledici qərarlar və yanaşmalarla yadda qalacaq”, - deyə A.Aslanov bildirib.

OANA-nın XVII Baş Assambleyası noyabrın 7-8-də Yonhap agentliyinin təşkilatçılığı ilə keçiriləcək. Assambleyada təşkilatın yeni sədri və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyi birləşdirən bu media qurumuna rəhbərlik edir. OANA-nın XVI Baş Assambleyası 2016-cı il noyabrın 18-də Bakıda keçirilib.

1news.az

Paylaş:
419

Son xəbərlər

Deputat: “ABŞ sülhməramlı missiyanın çıxmasını alqışlamalı, Azərbaycanı təbrik etməli idi”Bu gün, 11:53FHN: Ötən sutka 4 nəfər xilas edilibBu gün, 11:51Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin olunubBu gün, 11:33“Xəzər səması-2024”birgə taktiki təlimi keçirilib - VİDEOBu gün, 11:20Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcəkBu gün, 11:06Fransanın növbəti diplomatları qovulub - “Observer Online” yazırBu gün, 10:58AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir - FOTOBu gün, 10:52Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 10:33Qızıl ucuzlaşıbBu gün, 10:22Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb - FOTOBu gün, 10:15“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır - FOTOBu gün, 10:09İçərişəhərdə “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilibBu gün, 09:57Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edibBu gün, 09:54Azərbaycan neftinin qiyməti 88 dollara düşübBu gün, 09:42Sumqayıtda ər-arvad qətlə yetirildi - Oğulları saxlanıldıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:27AMB 19 aprelin valyuta məzənnələrini açıqladıBu gün, 09:25Zərdabda sənədsiz silahlar aşkar edilibBu gün, 09:16Övladını xilas etmək istəyərkən Kürdə boğulan atanın meyiti tapılıbBu gün, 09:09Bakının bir sıra yollarında tıxac yaranıbBu gün, 09:04
Bütün xəbərlər