“Siz əhalinin rifahının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız” – Minnətdarlıq məktubları | 1news.az | Xəbərlər
Siyasət

“Siz əhalinin rifahının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız” – Minnətdarlıq məktubları

15:47 - 10 / 07 / 2020
“Siz əhalinin rifahının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız” – Minnətdarlıq məktubları

Prezident İlham Əliyevin dünyada tüğyan edən koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması, insanların sağlamlığının qorunması və rifahının yaxşılaşdırılması ilə bağlı verdiyi qərarlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Görülən işlər dövlətimizin başçısının xalqımıza diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirilir. Azərbaycan vətəndaşları bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ona ünvanladıqları çoxsaylı məktublarda ifadə edirlər.

Bu haqda 1news.az dövlət başçısının rəsmi saytına istinadla həmin məktubların bir qismini təqdim edir.                            

Elgün Aslanovdan, Gəncə, Azərbaycan

“Hörmətli cənab Prezident.

Gəncə şəhərinə hər səfəriniz bizim üçün tarixi bir günə çevrilir. Şəhərimizə son səfəriniz zamanı Sizin və Birinci vitse-prezident Mehriban xanımın Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tipli tədris korpusunun açılışında iştirakınız bizi qürurlandırdı.

Əlbəttə ki, Sizin bu qayğınız biz ziyalıları daha da ruhlandırır. Aqrar sahəyə və universitetimizə ayırdığınız bu diqqətə və qayğıya görə Sizə dərin təşəkkürümü bildirirəm.

Mən Azərbaycan vətəndaşı, həmçinin Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşı olmaqdan qürur duyuram.

Var olun, cənab Prezident”.

Ş.Zeynalov, Ə.Yolçiyev, R.İmanov, X.İsmayılov, V.Quliyev və başqaları. Salyan, Azərbaycan

“Möhtərəm cənab Prezident.

Salyan rayon sakinləri, o cümlədən Quyçu və Alçalı kənd ictimaiyyətinin üzvləri Sizin siyasətinizi həmişə dəstəkləmiş, bundan sonra da dəstəkləyəcəkdir.

Son illər bizim kəndlərdə çiçəklənmə dövrü başlamış, məişət qayğılarımız xeyli azalmışdır. Artıq kənd sakinləri elektrik enerjisindən, təbii qazdan və içməli sudan fasiləsiz istifadə edirlər.

Sizin Salyan rayonuna, salyanlılara olan diqqət və qayğınızı daim hiss edirik.

Görülən işlər bir daha göstərir ki, Siz əhalinin rifah halının yaxşılaşdırılması üçün yorulmadan çalışırsınız, hər bir bölgəyə daim diqqət yetirirsiniz.

Bu diqqət və qayğıya görə Sizə dərin təşəkkürümüzü bildirir, cansağlığı və yeni uğurlar arzulayırıq”.

Azad Kərimovdan, Bakı, Azərbaycan

“Hörmətli cənab Prezident.

Bütün dünyanı bürümüş COVID-19 virusunun ölkəmizdə qarşısının alınması ilə bağlı gördüyünüz tədbirlər bir vətəndaş olaraq məni olduqca qürurlandırır. Xüsusilə, karantin dövrü ərzində vətəndaşlara göstərilən maddi yardımlar, maska istehsalı müəssisəsinin, modul tipli xəstəxanaların sürətli şəkildə istifadəyə verilməsi təqdirəlayiq haldır. Mən ölkəmizdə bu virusa qarşı mübarizədə başda Siz olmaqla fəal iştirak edən hər bir kəsə təşəkkürümü bildirirəm”.

Mövzu ilə əlaqədar oxuyun:

“Hər zaman yanımızda olduğunuz üçün Sizə təşəkkürümü bildirirəm” – Prezidentə yazırlar

“Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndiririk” – Minnətdarlıq məktubları

“Cənab Prezident, çox qürurverici bir hissdir ki, Siz bizə daim yanımızda olduğunuzu hiss etdirirsiniz” – Prezidentə yazırlar

“Xalqımızın rifahı, Vətənimizin inkişafı naminə gördüyünüz bütün işləri yüksək qiymətləndiririk” – Prezidentə yazırlar

“Şəhid ailələrinə, məcburi köçkünlərə göstərilən qayğı nümunəvi və davamlı xarakter daşıyır” – Vətəndaş məktubları

“Biz Sizə inanır, güvənir və arxalanırıq” – Prezidentə yazırlar

“Sizin rəhbərliyinizlə Azərbaycan müasir inkişafının ən yüksək zirvəsinə yüksəlib ” – Minnətdarlıq məktubları

“Bu gün müstəqil respublikamızın beynəlxalq aləmdə nüfuzunun artması məhz Sizin sayənizdə mümkün olub” – Vətəndaş məktubları

S.Xankişiyeva

Paylaş:
657

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

05 / 07 / 2025, 12:16
Bütün xəbərlər