Start-Up. Səidə Quluzadənin biznes sirləri: Bütün uğurlarıma özüm nail olmuşam – FOTO | 1news.az | Xəbərlər
Müsahibə

Start-Up. Səidə Quluzadənin biznes sirləri: Bütün uğurlarıma özüm nail olmuşam – FOTO

16:57 - 31 / 01 / 2020
Start-Up. Səidə Quluzadənin biznes sirləri: Bütün uğurlarıma özüm nail olmuşam – FOTO

Səidə Quluzadənin cəmi 25 yaşı olsa da, artıq o, 3 biznesin – @neko.style.boutique, @neko.culinary.baku@neko.kids.club-un sahibəsidir.

Səidənin sözlərinə görə, “neko” yapon dilindən tərcümədə pişik mənasını daşıyır. Bu prefiksin seçimi onun bu tüklü canlıya sadəcə hədsiz məhəbbəti deyil, həm də pişiklərlə oxşarlıq hissinin olması ilə əlaqədardır.

Onunla Azərbaycan cəmiyyətində mvöcud olan stereotiplərdən, biznesin aparılmasında qarşıya çıxan çətinliklərdən və ciddi səy göstərərsə həyatda insanın hər şeyə nail ola biləcəyilə bağlı uzun və maraqlı söhbət etdik.

Hər şey kiçik ilk addımdan başlayır

Təhsilim hüquq üzrədir. İlk olaraq notariusda, sonda vergilərdə, daha sonra isə Ədliyyə Nazirliyində işləmişəm. Bir müddət ailəmizdə böhran yaşandı və buna görə də mən nəsə etməli idim. Ən asanını etmək qərarına gəldim – internet mağaza açdım və ilk sifarişimi aldım. İlk olaraq 100 dollar qazanmaq imkanı əldə etdim. Bu məbləğ o dövlər mənim üçün böyük idi.

Nəticəsə işdən çıxmalı oldum. Çünki sifarişlər günbəgün artmağa başladı və mənim kuryer tutmaq imkanım olmadığından məhsulları özüm aparırdım. Əvvəlcə ətriyyat, sonra kosmetika idi. Hazırda isə mağazamda geyim əşyaları da satılır.

Bununla yanaşı, uşaqlara rəsm və məktəbə hazırlıq dərsləri də keçirdim. Daha sonra bir qədər pul topladıqdan sonra aşpaz tutdum və suşi çatdırma xidməti göstərməyə də başladım. Bir müddət sonra müştərilərə qlütensiz və şəkərsiz qidalar təklif edərək keyterinq xidməti kimi də fəaliyyətə başladıq.

Bunun ardından Azərbaycanda ilk dəfə olaraq bütün günü fəaliyyət göstərən uşaq baxçası açdım. Baxçanın açılışında məni ölkəmizin uğur qazanan qadınları ruhlandırdı. Hər bir valideyn üçün bizdə fərdi paket var ki, burada hər bir valideyn uşağı üçün məşğələ siyahısını və qidalanmasını özü seçə bilər. Uşaq baxçasına daha çox tələbat var. Yaxın günlərdə ikinci filialımızı Xırdalanda açdıq.

Və nəhayət sonuncu biznesim təkər üzərində mağaza oldu. Bu ideya qəfil yarandı. Bəzən internet-mağazadan sifariş zamanı müştəri digər məhsullara da baxmaq istəyirdi. Buna görə də mikroavtobus almaq qərarına gəldim. Beləcə Azərbaycanda ilk təkər üzərində mağazanı da açdıq.

Başqalarından dəstək almadan biznesi qurmaq olar?

Kənardan bütün bunlar elə təsir bağışlaya bilər ki, sanki mən yeni biznesi asanlıqla açdım və bir saata gəlir əldə etdim. Əslində belə deyil. Uğurumun arxasında gərgin əmək və itirilmiş əsəblər var.

Komandam üçün əməkdaş toplamaq çətin idi. Gənc qız görən kimi, bir çoxları məni ciddi qəbul etmirdi və bossun hardadı deyə sual edirdilər. İnana bilmirdilər ki, özüm özümə bossam.

Belə bir fikir də var ki, mən yaşda qız kimsənin dəstəyi olmadan öz biznesini qura bilməz. Bu stereotip yalnız bizdə deyil, bütün dünyada mövcuddur. Mən hər şeyə özüm nail olmuşam. Çünki nüfuzlu qohumlarım yoxdur və ailəmiz yalnız iki nəfərdən – anam və məndən ibarətdir.

Ümumiyyətlə, uşaqlıqdan bir çox sıxıntılar yaşamışam. Hətta məktəbdə də... məni çoxları sevmirdi. Natamama ailədə böyüdüyüm üçün sinif yoldaşlarımın mənə qarşı münasibəti başqa idi. Böyüdükdə nazirlikdə işləməyə başladıqda qəfildən hər kəs mənimlə dostluq etmək istədi, toylarına çağırmağa başladı...

Özünü işə həsr etdikdə, bir çox şeyləri qurban verirsən

Biznesimlə bərabər brendlərin inkişafı ilə də məşğulam. Onlar üçün strategiya hazırlayıram, piar kampaniyalar düşünürəm, Instagram-ın algoritmlərini öyrənirəm. İşimə məsuliyyətlə yanaşıram, bunun nəticəsində çox uğurlu layihələrlə fəxr edə bilərəm.

Lakin bu qədər məşğulluq səbəbindən bir çox şeyləri qurban verirəm. Nümunə üçün, yuxumu. Hər gün 5-də oyanıram ki hər şeyi çatdırım. Son iki ildə istirahət üçün heç yerə gedə bilmirəm. çünki işlərimi yarımçıq qoya bilmirəm. Sadəcə işlə əlaqədar – seminarlara, ustad dərslərilə bağlı harasa gedə bilirəm.

Ən elementar – ictimai yerlədə özüm-özümlə, öz fikirlərimlə tək qalıb sadəcə kofe belə içə bilmirəm. Çünki hər yerdə tanışlarımla rastlaşıram. Və ən nəhayət, mən hər zaman görünüşümə diqqət yetirməliyəm. Bəzən kosmetikasız, idman geyimində küçəyə çıxmaq istəyirəm. Yox, alınmır. Çünki işgüzar tərəfdaşlarımla qarşılaşa bilərəm.

Və bir də uşaqlara rəsm dərsləri keçirəm. Bu, həyatım boyu təmənnasız məşğul olmaq istədiyim yeganə işdir. Uşaqlar – mənim enerji mənbəyimdir. Bəzən onlar elə maraqlı və gülməli sualar verir ki, sevgini gizlətmək mümkün olmur.

Mən subayam. Bir çoxları deyir ki, əgər insan biznesdə uğur qazanıbsa, şəxsi həyatı uğursuz ola bilər. Nədənsə yalnız Azərbaycanda xarici görkəmə, dəbdəbəyə daha çox üstünlük verilir. Gözəl dəbdəbəli ofis, görülən işlərin keyfiyyətindən çoxları üçün vacibdir. Möhtəşəm toy, yeni evlənənlər arasındakı hisslərdən və münasibətlərdən daha üstündür. Hər kəs gözdən pərdə asmağa çalışır. Mən belə düşünmürəm. Mən nəyinsə xatirinə ailə qurmaq istəmirəm, məni mən kimi qəbul edəcək birini gözləməyi üstün bilirəm.

Gənc sahibkar nələri bilməlidir?

Bu sahədə konkret formul yoxdur. Lakin öz təcrübəmə söykənərək deyə bilərəm ki, israrlı olmaq lazımdır. Hesab edirəm ki, rədd cavabı aldınızsa, deməli sadəcə təklifinizi səhv tərtib etmisiniz və istədiyinizi əldə edincəyə qədər cəhdlər etməyə davam edin.

Həmçinin məsləhət görərdim ki, ilk olaraq öz bizneslərini açmaq istədikləri sahədə bir az çalışsınlar. Nümunə üçün, suşi çatdırılma xidmətini açmadan öncə bu mətbəxlə yaxından tanış olum deyə bir müddət yapon restoranlarından birində direktor olaraq çalışmışam. Bir də əgər biznesiniz satışla əlaqədardırsa, satıcılarla daha çox ünsiyyət qurun. Çünki satış sahəsində 10 illik təcrübəyə sahib biri ibtidai sinifi bitirmiş olsa da, bu sahəni min dəfə daha yaxşı bilir.

Nəhayət, brendini inkişaf etdirən mütəxxəsislərdə qənaət etməyin. İlk altı ayda hər bir brend sadəcə formalaşır. Və bu dövrdə ona güclü yatırımlar etmək lazımdır. Tanıtım planı yazacaq və onun icrası ilə məşğul olacaq bir insana investisiya qoymaq dəbdəbəli bir ofis və gözəl vizit kartlarına qənaət etməkdən daha yaxşıdır. Əks təqdirdə, altı aydan sonra iflasla üzləşə bilərsiniz.

Ümumiyyətlə, Azərbaycan biznes üçün ən yaxşı ölkədir. Xüsusilə qadınlar üçün. Çünki  uşaqlıqdan kişilərimiz elə tərbiyə olunur ki, qızlar zəifdir, onların köməyə ehtiyacı var. Bir tərəfdən bu, pisdir, çünki onlar çox vaxt bizi ciddi qəbul etmirlər, digər tərəfdən bu səbəbdən ölkəmizdəki kişilər hər zaman qadına kömək etməyə hazırdırlar. Buna gündəlik həyatda, işdə və biznesdə rast gəldim.

Bununla yanaşı, hazırda dövlətimiz gənc sahibkarlara çox böyük dəstək göstərir. Kiçik və orta sahibkarlığın inkişafının üçün güzəştlər təklif edir, bir çox sahələri sadələşdirir.

Daim eşidirəm ki, bir çoxları biznes açmaq istəyir, lakin qorxur ki, ertəsi gün vergi idarəsindən gəlib onun biznesini bağlayacaqlar. Əslində belə deyil, əgər hər şeyi qanuni və nizamnamədə göstərilən qaydalara uyğun olaraq etsəniz, belə bir şey olmaz.

Buna görə heç nədən qorxmayın, bütün qaydalara riayət edin və kimsəyə imkan verməyin ki, xəyallarınıza müdaxilə etsin.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2854

Son xəbərlər

Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44Hesabatlılıqdan yayınan provayderlər cərimələnibBu gün, 11:31Kamran Əliyev Sabunçuda vətəndaşları qəbul edəcəkBu gün, 11:19Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıbBu gün, 11:08Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyubBu gün, 10:35Bayram günlərində respublika ərazisində baş verən qəzaların sayı açıqlanıbBu gün, 10:20Bakıda təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsizliyi tələbləri kobud şəkildə pozulub - FOTO - VİDEOBu gün, 10:19Ölkəmizdə Beynəlxalq Əmlak və İnvestisiya Zirvəsi keçiriləcək!Bu gün, 10:15Əlahiddə Ümumqoşun Ordunun istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib - FOTOBu gün, 10:02Mədəniyyət Nazirliyinin “Yaradıcı müzakirələr” layihəsi davam edirBu gün, 09:59TƏBİB sürücülərə müraciət etdi - “Yol ver, həyat qurtar!”Bu gün, 09:49Cəbrayılda minalar aşkarlanıbBu gün, 09:36Ədliyyə Nazirliyi Gənclər Mərkəzi İctimai Birliyinin yeni sədrini təsdiq etdiBu gün, 09:32ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi bu gün iki qəzaya səbəb olub - FOTOBu gün, 09:23AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:17Bakının bir sıra yollarında sıxlıq yaranıb - SİYAHIBu gün, 09:112024-cü ilin ilk 3 ayında paytaxtda yol qəzalarında ölənlərin sayı açıqlandıBu gün, 09:04Azərbaycanlı Mərakeş Krallığının ən yüksək zirvəsini fəth etdi - FOTO15 / 04 / 2024, 19:27Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb15 / 04 / 2024, 17:48TuranBank-la Asiya İnkişaf Bankı arasında ticarət maliyyələşdirilməsi üzrə saziş imzalandı15 / 04 / 2024, 17:41
Bütün xəbərlər