Şuşa mədəniyyət paytaxtı kimi | 1news.az | Xəbərlər
Cəmiyyət

Şuşa mədəniyyət paytaxtı kimi

09:56 - 14 / 01 / 2021
Şuşa mədəniyyət paytaxtı kimi

Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Mədəniyyət canlı xalqın qan damarıdır. Mədəni irs bir xalqın sadəcə keçmişi haqqında deyil, həmçinin gələcək inkişaf bacarıqları və dayanıqlılığı haqqında da məlumat verməyə qadirdir. Çünki, mədəniyyət xalqın yaradıcılığını ifadə etmək, fərdi kimliyi yaratmaq və cəmiyyətin məskunlaşma anlayışını artırmaq və qorumaq üçün bir imkandır. Yalnız mədəniyyətlərarası dialoqun bir hissəsinə çevrilməklə xalqlar gələcək nəsillərə silinməz izlərini qoya bilərlər. 

XXI əsrdə beynəlxalq arenada qarşılıqlı dostluq münasibətlərinin qurulmasında iqtisadi inkişafla birgə “mədəni diplomatiya“nın da payı vardır. Yumşaq güc siyasətinin əsas hissələrindən biri olan mədəni diplomatiya milli mənəvi maraqların təbliğinə və dayanıqlı sosial-mədəni əməkdaşlıqların gücləndirilməsinə xidmət edir. Bunları nəzərə alaraq, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısının əhəmiyyəti istər vahid dünyanın qeyri-mədəni irsinin qurulmasında və qorunmasında, istərsə də mədəniyyətlərarası dialoqun təşkilində əvəzsizdir. UNESCO xalqların öz dəyərlərini dünyaya təqdim edə biləcəyi vahid bir qlobal platforma statusuna malikdir. Həmçinin, xalqların mövcudluğunun və yaratmaq bacarıqlarının tarixi bir sübutudur. 

Ölkəmizdə keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə olan icrası, Azərbaycan muğamının, xalçaçılıq və zərgərlik sənətinin və mətbəxinin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş multikultural Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Həmçinin, Azərbaycan-UNESCO əlaqələrinin 25 illiyi ilə əlaqədar olaraq Prezident Kitabxanasında “Azərbaycan-UNESCO əlaqələri” adlı elektron layihə bu əlaqələrə göstərilən dövlət qayğısının rəmzidir.  

17 məscid, 6 karvansara, 3 türbə, 2 mədrəsə, bir neçə kilsə və monastr, 2 qəsr və 72 mühüm sənət və tarixi abidələrdən ibarət bütün məkan adları azərbaycanlıların adı ilə bağlı, əhalisi yarandığı dövrdən etibarən ancaq azərbaycanlılardan ibarət olan və dövlətimizin böyük səyi nəticəsində 24 oktyabr 2001-ci ildə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olan Şuşa şəhəri heçdə təsadüfi deyil ki, bu gün öz dirçəlişinə mədəniyyət paytaxtı kimi başlamışdır.    

Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi Şuşanın mədəni həyatını qısa müddətdə bərpa edəcəkdir. Həmçinin, bu bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin burada keçiriləcəyi mənasına gəlir, bu da öz növbəsində Qarabağın bütün regionun mədəniyyət mərkəzinə çevrilməsinə və dünyaya bir daha “Qarabağ Azərbaycandır!” şüarını çatdırmağa imkan yaradacaq. Bunun üçün ilk növbədə, müharibə zamanı erməni vandalizmi nəticəsində zərər dəymiş abidələr tezliklə öz tarixi simasına qovuşmalı, poeziya günləri və “Xarı bülbül” festivalı bərpa olunmalı, işğaldan azad edilmiş torpaqlarda muğam mərkəzləri yaradılmalıdır. Bu cür tədbirlər Azərbaycanı Şuşanın timsalında bütün regionun mədəniyyət brendinə çevirməli və Azərbaycanın mədəniyyət siyasətinə öz töhvəsini verməlidir.

 

Paylaş:
506

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər