Tanrıverdi Mustafayev: ““Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Tanrıverdi Mustafayev: ““Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO

18:44 - 28 / 03 / 2020
Tanrıverdi Mustafayev: ““Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlara dəstək verməyə daim hazırdır” - VİDEO

“Azərişıq” ASC ölkə başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır”.

1news.az-a məlumatına görə, bunu son günlər “Azərişıq” əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, bu günlər təmsil etdiyi qurum gücləndirilmiş iş rejimində çalışır:

“Bildiyiniz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu səbəbdən də müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qlaa bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.

“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayıb:
“Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişığ”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyyə edirik ki, sağlıqlarını qorumaq üçün aidiyyatı qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət oladıqda çölə çıxmasınlar”.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə komunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı video yayılıb. Videoda vətəndaş bu yardıma görə, “Azərişıq” əməkdaşına təşəkkür edir.

Qafar Ağayev

Paylaş:
699

Son xəbərlər

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10Türkiyədən ilhamlanmış “Beynəlxalq Sıfır Tullantı Günü” ilə tullantısız gələcək - FOTOBu gün, 12:58“Azneft”in rəhbərini işdən çıxardı - Yeni təyinatBu gün, 12:41Mərkəzi Bank: Azərbaycanda manata inam qorunub saxlanılıbBu gün, 12:38Sabah qərb küləyi əsəcək - ProqnozBu gün, 12:22“Azərbaycan” gəmi-bərəsi yenidən istismara qaytarılıb - FOTOBu gün, 12:15Meşə fondu torpaqlarında bayram günlərində 100 mindən artıq ağac əkilibBu gün, 12:12Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 12:10Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşübBu gün, 11:59Ermənistanın Baş naziri “mühacir Qarabağ hökumətini” tanımadığını bildiribBu gün, 11:53Ağdərədə odlu silah-sursat aşkarlandıBu gün, 11:46DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEOBu gün, 11:29Mərkəzi Bank uçot dərəcəsini endiribBu gün, 11:14Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak üçün qeydiyyat elan edilibBu gün, 10:57Naxçıvanda avtomobil yolunda qaya uçqunu oldu - VİDEOBu gün, 10:38TKTA-dan xarici diplomların tanınmasındakı vacib məqamla bağlı ÇAĞIRIŞBu gün, 10:24Əli Nağıyev: Taleyinə aydınlıq gətirilmiş daha 73 itkinin adı yaxın günlərdə ictimaiyyətə açıqlanacaqBu gün, 10:21Xankəndidə 7 qumbara, 6 qumbaraatan tapılıbBu gün, 10:20Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib - VİDEOBu gün, 10:13
Bütün xəbərlər