1news.az

TƏBİB-dən AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə açıqlama

2 İyul saat 14:29 ~ 1 dəqiqəlik oxu 2130
TƏBİB-dən AzTV-nin koronavirusdan vəfat edən əməkdaşı barədə açıqlama

Ötən gün sosial şəbəkələrdə koronavirusdan dünyasını dəyişən Azərbaycan Televiziyasının əməkdaşı Samir Nemətzadənin səs yazısı yayılıb. Bildiririk ki, S.Nemətzadə özəl klinikalardan birində müayinə olunduqdan sonra ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Bunu APA-nın sorğusuna cavabında TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə, S.Nemətzadə daxil olarkən pasiyentin diaqnozu kəskin respirator xəstəlik, ağır gedişli, ikitərəfli total pnevmoniya (“buzlu şüşə”), anemiya, splenomeqaliya, kəskin ağciyər, ürək çatışmazlığı olub: "Xəstəxanaya daxil olarkən reanimasiyaya yerləşdirilən S.Nemətzadə süni tənəffüs cihazına qoşulub, lakin göstərilən səylərə baxmayaraq, 40 dəqiqə sonra bioloji ölüm baş verib".

Qeyd edildiyi kimi, pasiyent reanimasiya şöbəsinə yerləşdirildiyindən, həmin şöbədə su və sanitar qovşağın mövcud olmaması reanimasiya şöbəsinin şərtlərinə uyğundur.

S.Xankişiyeva

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Cəmiyyət BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net