TƏBİB: Gələn həftədən Azərbaycanda koronavirusla mübarizədə seroloji testlərin keçirilməsinə başlanılacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

TƏBİB: Gələn həftədən Azərbaycanda koronavirusla mübarizədə seroloji testlərin keçirilməsinə başlanılacaq

19:21 - 12 / 08 / 2020
TƏBİB: Gələn həftədən Azərbaycanda koronavirusla mübarizədə seroloji testlərin keçirilməsinə başlanılacaq

"Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mübarizədə növbəti həftədən seroloji testlərin keçirilməsinə başlanılacaq". 

Bunu APA-ya açıqlamasında tibb üzrə fəlsəfə doktoru, TƏBİB Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova deyib. Onun sözlərinə görə, testlər təsadüfi seçilmiş əhali qrupları arasında könüllülük prinsipi ilə aparılacaq: "Həmin şəxslərə zəng etdikdən sonra razılaşdıqları halda qeydiyyatda olduqları poliklinikada hazırlanmış tibbi heyət həmin şəxslərin evinə yaxınlaşıb qan nümunələri götürəcəklər. Layihənin məqsədi əhali arasında COVID-19 xəstəliyinin keçirilməsi haqqında təsəvvürlərin əldə olunması, xəstəliyi keçirmiş şəxslərdə yaranmış immunitet səviyyəsinin öyrənilməsidir.

Bəzi şəxslər koronavirusu asimptomatik keçirir. Yəni, həmin şəxsin heç bir xəbəri olmur ki, bu xəstəliyi keçirib, ya yox. Testlər vasitəsilə yoxlanılacaq ki, həmin şəxslərdə xəstəliyə qarşı immunitet formalaşıb, yoxsa yox".

Q.Ələkbərova qeyd edib ki, layihəyə Bakı şəhərindən başlanılacaq: "Bakıda 1500-ə yaxın şəxs tədqiqata cəlb olunacaq. Daha sonra Sumqayıt və Gəncə şəhərlərində həyata keçiriləcək. Analizlər tam təmənnasız götürüləcək. Analiz zamanı vətəndaş istəsə, qanın ümumi analizi də ödənişsiz icra olunacaq. Analizlər alındıqdan sonra laboratoriyalara göndəriləcək. Nəticə əldə edildikdən sonra maksimum 2-3 gün ərzində vətəndaşlara məlumat veriləcək. Statistik məlumatlar toplandıqdan, tam nəticələr əldə edildikdən sonra ictimaiyyətə bu barədə məlumat veriləcək".

Q.Ələkbərova bildirib ki, testlər 18-65 yaş qrupunda olan şəxslər arasında aparılacaq: "Bu şəxslər təsadüfi seçilənlərdir. 1-10 yaş arası uşaqlarda immunitetin formalaşması daha gec olur. Onlarda analiz daha çox neqativ nəticə verir. 65 yaş üzərində də nəticələr eynilə digər qrupdakı kimidir. Seçdiyimiz şəxslər hansısa risk qrupuna aid olan şəxslər deyil".

İşçi qrupun rəhbəri vurğulayıb ki, ABŞ-ın FDA qurumu tərəfindən təsdiq edilmiş testlərdən laboratoriyalarda istifadə olunacaq: "Bu testlərin spesifikliyi ondadır ki, yanlışlıq dərəcəsi çox aşağıdır, 100 faizdir, həssaslığı isə 90-96 faiz arasındadır. İstifadə olunan testlər Almaniya istehsalıdır. Etibarlı nəticələr əldə ediləcək". 

Paylaş:
583

Son xəbərlər

Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58
Bütün xəbərlər