Təcili yardıma yol verməyən xanım sürücü saxlanıldı - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Təcili yardıma yol verməyən xanım sürücü saxlanıldı - VİDEO

11:56 - 13 / 12 / 2019
Təcili yardıma yol verməyən xanım sürücü saxlanıldı - VİDEO

Bir neçə gün əvvəl Bakıda təcili yardım avtomobilnə yol vermədiyi üçün geniş müzakirələrə səbəb olan 90 SJ 100 dövlət nömrə nişanlı, "Toyota Land Cruiser" markalı avtomobilin sürücüsü ötən gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Məlum olub ki, həmin videogörüntülər yayılan gün yol polisi avtomobilin sürücüsünü aşkar edib və xanım sürücünü Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə dəvət edib.

Lakin sürücü İdarəyə gəlmək əvəzinə avtomobili bir neçə gün gizlətməklə məsuliyyətdən yayınmağa çalışıb. Ona görə də yol polisi sürücünü saxlaya bilməyib. Lakin bu gün avtomobil hərəkətdə olarkən 99 YP 373 dövlət nömrə nişanlı patrul avtomobilində xidmət aparan inpektorlar tərəfindən aşkar edilib.

Yol polisi əməkdaşları sürücünü saxlayaraq ondan sənədləri tələb etsə də, xanım sürücü tabesizlik göstərərək sənədləri təqdim etməyib. Bu səbəbdən də nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.

Avtosfer.az-ın əməkdaşı da cərimə meydançasında olub və məlum olub ki, xanım sürücü yenə tabesizlik göstərərək heç bir sənəd təqdim etmir. Cərimə meydançasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov araşdırma məqsədilə xanım sürücüyə yaxınlaşdıqda aqressivlik nümayiş etdirərək sənədləri təqdim etməyib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini bildirib. Həmçinin əlavə edib ki, təcili yardım maşınının onun ardınca gəlməyə ixtiyarı yoxdur. Onun videosunu çəkib yaymaqla səhv ediblər.

Məsələ ilə bağlı yol polisi əməkdaşları raport yazıb və müvafiq olaraq sürücü barəsində tədbir görüləcək.

1news.az

Paylaş:
503

Son xəbərlər

FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51
Bütün xəbərlər