“Təzə bazar” sökülür - TƏFƏRRÜATLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

“Təzə bazar” sökülür - TƏFƏRRÜATLAR

17:20 - 24 / 11 / 2020
“Təzə bazar” sökülür - TƏFƏRRÜATLAR

Bakı şəhəri, Nəsimi rayonundakı məşhur “Təzə bazar” dekabrın 1-dək tam köçürüləcək.

1news.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini Qurban İsmayılov bildirib.

“Təzə bazar”ın özəl şirkətə məxsus olduğunu söyləyən Q. İsmayılov bazarda icarəyə yer götürərək ticarətlə məşğul olan sahibkarların şirkət tərəfindən 3 yerə köçürüləcəyini nəzərə çatdırıb.

Onun sözlərinə görə, ticarətçilərin bir hissəsi keçmiş “Qarabağ” mehmanxanasının yerində tikilmiş “EuroHome”, bir hissəsi “Təzə bazar”la üzbəüz “Afcentr”, bir hissəsi isə Mirəli Qaşqay və Ceyhun Hacıbəyli küçəsi arasında yerləşən “AfkomPlaza” ticarət mərkəzlərinə köçürüləcək: ““Təzə bazar”da 751 ticarət obyekti olub, onların hamısı həmin 3 məkandan birində yerlə təmin olunacaq.

Şirkət özü öz vəsaiti hesabına “Təzə bazar”ın yerində 3  hektar ərazidə müasir tələblərə cavab verən “Təzə bazar” inşa edəcək. Relyeflə əlaqədar tikiləcək ticarət mərkəzi Səməd Vurğun küçəsi tərəfdən ikimərtəbəli, Mərdanov qardaşları küçəsi tərəfdən isə üçmərtəbəli olacaq. Tikinti işlərinin 2022-ci ildə başa çatdırılması nəzərdə tutulub. Yeni “Təzə bazar”da ticarətçilər üçün hər cür şərait yaradılacaq. Bu gün köçürülən ticarətçilər də könüllü əsasda yenidən istifadəyə veriləcək “Təzə bazar”a qayıda biləcəklər”.

1news.az

Paylaş:
2403

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər