“TOM” layihəsinin növbəti mərhələsi olan “Pre-TOM” tədbiri həyata keçirilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“TOM” layihəsinin növbəti mərhələsi olan “Pre-TOM” tədbiri həyata keçirilib – FOTO

14:28 - 16 / 04 / 2019
“TOM” layihəsinin növbəti mərhələsi olan “Pre-TOM” tədbiri həyata keçirilib – FOTO

Aprelin 13-də İsrail dövlətinin ölkəmizdəki səfirliyinin “Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi ilə birgə həyata keçirdiyi, gündəlik problemlərin texnoloji həlli yollarını tapmaq məqsədilə istehsalçıları, dizaynerləri və mühəndisləri sağlamlıq imkanları məhdud insanlarla birləşdirən qlobal icma hərəkatı olan “TOM” (Tikkun Olam Makers) layihəsinin növbəti mərhələsi - “Pre-TOM” tədbiri təşkil edilib.

1news.az-ın məlumatına görə, tədbirin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan insanların gündəlik problemlərinin həlli üçün ixtiraçılar (“makers”) ilə ehtiyac sahiblərini (“need knowers”) əlaqələndirmək idi.

Layihənin tərəfdaşlarından olan “Regional İnkişaf” İctimai Birliyinin könüllülərinin də iştirak etdiyi tədbirə 50-dən çox mühəndis, dizayner və istehsalçı qatılıb.

Tədbir iştirakçılarını salamlayan Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov layihənin cəmiyyət üçün əhəmiyyətindən danışıb və layihənin mühüm mərhələsinin başlandığını bildirib.

İsrailin Azərbaycan Respublikasındakı Missiya rəhbərinin müavini Avital Rozenberq layihəyə maraq göstərən hər kəsə öz təşəkkürünü bildirərək, komandalara uğurlar arzulayıb.

Sonra iştirakçılar komandalara bölünərək, 5 “TOM” tapşırığı (“çağırışı”) üzərində birlikdə çalışmağa başlayıblar. “SCHWATECH” MMC, “Sumaks” və SOCAR AQŞ əməkdaşları aparılan müzakirələrdə iştirak edib, texniki məqamlarla bağlı komandalarla öz fikirlərini bölüşüblər.

Komandalar təxminən 1 ay ərzində seçdikləri tapşırıqlar üzərində işləyərək ehtiyac sahiblərinə gündəlik həyatda kömək edəcək həll yollarını tapmalıdırlar. Bu müddət ərzində komandalara “SCHWATECH” MMC tərəfindən mentorluq dəstəyi göstəriləcək, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi komandalara ideyalarını həyata keçirməkdə dəstək olacaqlar. Komandalar tərəfindən hazırlanan yekun məhsullar “TOM” tədbirində təqdim ediləcək və bütün ideyalar ictimaiyyətə açıq olacaq.

“Azercell Telekom” MMC, İsrail Səfirliyi və PAŞA Bankın baş sponsorluğu ilə həyata keçirilən layihənin tərəfdaşları sırasında “Regional İnkişaf” İctimai Birliyi (RİİB), JOY Uşaq İnkişaf Mərkəzi, SOCAR AQŞ, Bakı Mühəndislik Məktəbi və PAUL restoranlar şəbəkəsi yer alıb.

Layihə barədə ətraflı məlumat üçün TOM-un Azərbaycandakı və beynəlxalq veb saytından istifadə edə bilərsiniz:
http://tombaku.barama.az/
http://tomglobal.org/

1news.az

Paylaş:
639

Son xəbərlər

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib - YENİLƏNİBBu gün, 18:02Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - YENİLƏNİBBu gün, 17:40İcma: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddirBu gün, 17:25Cavanşir Məmmədov dəfn olunub - YENİLƏNİB 1Bu gün, 16:41Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 16:39Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53
Bütün xəbərlər