1news.az

Tural Kərimli Azərbaycanın regional Silikon Vadisinə çevrilmək niyyəti barədə – FOTO

9 Fevral saat 09:45 ~ 9 dəqiqəlik oxu 1968
Tural Kərimli Azərbaycanın regional Silikon Vadisinə çevrilmək niyyəti barədə – FOTO

Azərbaycanın qarşısında qabaqcıl texnologiyaların inkişafı üçün regional mərkəzə, həm yerli, həm də xarici innovativ kəşfləri cəlbetmə mərkəzinə çevrilmək kimi iddialı vəzifə dayanır.

Azərbaycan Prezidenti İlham Əliyev son illərdə bu barədə dəfələrlə danışıb. Xüsusilə, ötən ilin yanvarında dövlət başçısı tərəfindən ölkədə innovativ inkişaf sahəsində koordinasiyanın təmin edilməsi haqqında sərəncam imzalanıb.

Bu ilin fevralında Davos Forumunda ölkədə regional mərkəzin yaradılması haqqında sənəd imzalanıb. Bu mərkəzlərin əsas məqsədi – Dördüncü Sənaye İnqilabının səbəb olduğu çağırış və imkanların həyata keçirilməsidir.

Dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda zamanı bildirib: “Dördüncü Sənaye İnqilabında Azərbaycan lider olmalıdır. […] Bu, gələcək inkişafımız deməkdir. Biz elmi tərəqqini, inkişafı təmin etməliyik, ölkəmizi gələcəyə aparmalıyıq, müasirləşdirməliyik. […] Hesab edirəm ki, bu hadisə bizim növbəti uğurumuzdur, növbəti qələbəmizdir”.

Bu qədər böyük və iddialı bir vəzifənin həyata keçirilməsində əldə olunan irəliləyiş barədə 1news.az-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin (bundan sonra Agentlik) sədri Tural Kərimli ətraflı danışıb.

Yüksək texnologiyaların inkişafını və ölkədə innovativ ekosistemin yaradılmasını təşviq etmək məqsədi ilə 2018-ci ilin noyabr ayından mövcud olan Agentlik bir neçə proqram və layihə hazırlayıb.

“Yeniliyin mahiyyəti, miqyası artırmaqla müəyyən problemlərin həllinə – xərclərin azaldılmasına, səmərəliliy artırılmasına kömək edən yeni ixtiradır. Azərbaycanın ən qısa zamanda postsovet məkanında bir növ Silikon Vadisinə çevrilməsini təmin etmək üzərində çalışırıq” – Tural Kərimli dedi.

Silikon Vadisi – çoxlu sayda yüksək texnologiyalı şirkətlərin və dünyanı dəfələrlə dəyişdirən ixtiraların olduğu Amerika Birləşmiş Ştatların texnologiya mərkəzidir. Bu innovasiya toplusu ABŞ-da hazırlanan bütün riskli kapital qoyuluşlarının üçdə birini alır. Burada Intel, AMD, Oracle, Apple, Cisco, Google və Yahoo! kimi dünyaca məşhur markalar, eBay onlayn-hərracı və digərləri yaradılıb.

Fotoda: Bakutel 2019 sərgisi

Xarici investorlar postsovet məkanlarına mühafizəkar yanaşırlar, belə ki, postsovet məkanlarının qanun və qaydalarından xəbərdar deyillər. Lakin buna baxmayaraq, dünyaca məşhur şirkətlərin yaradıcıları məhz bu regiolardan çıxanlardır.

Agentlik sədri bir neçə nümunə gətirdi: Google şirkətinin təsisçisi Serqey Brin – Rusiyadandır, What’s App messencerinin təsisçisi Yan Kum – Ukraynadandır, Evernote – elektron bloknot proqramının təsisçisi Stepan Paçikov – Azərbaycanın Oğuz rayonundandır.

“Bu o deməkdir ki, regionumuzda elm və təhsilin böyük təməli var.  Və biz bu imkanlardan istifadə edərək Azərbaycanda beyinləri, innovasiya və investisiyaları hərəkətə gətirərək, inkişaf etmiş qabaqcıl regional mərkəzə çevrilməliyik”, - Tural Kərimli dedi.

Startap hərəkatı

Nizamnaməyə əsasən, Agentlik 500 min manata qədər qrant, 10 milyon manata qədər kredit verə bilər, həmçinin layihələri investisiya edə bilər. Agentliyin filialları təkcə Bakıda deyil, həmçinin Gəncə, Lənkəran, Mingəçevirdə də fəaliyyət göstərir. Yaxın zamanlarda Şəkidə də filial açılacaq. 

Agentliyin nəzdində Barama inkubasiya mərkəzi də fəaliyyət göstərir. Yaxın zamanlarda burada yerli startapçılar üçün müsabiqə keçirilmişdi. Tural Kərimlinin məlumatına görə, müsabiqənin nəticələrinə əsasən növbəti dörd ay ərzində dəstək göstəriləcək 5 yaxşı layihə aşkar edilib.

INNEX (Innovation Exchange Program) proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində Agentlik ildə bir dəfə olaraq yerli innovasiya ekosisteminin parlaq nümayəndələrini – startapçıları, müəllimləri, biznesmenləri – inkişaf etmiş startap məktəblərinə (ABŞ, İsrail və s.) göndərir ki, orada onlar sistemin necə işlədiyini əyani şəkildə görsünlər.

Yaxın zamanlardan “Hibrid startap” proqramı fəaliyyət göstərir. Proqram çərçivəsində Agentlik digər ölkələrin perspektivli layihələrini Azərbaycana dəvət edərək, onların investisiya cəlb etmələri üçün yerli bazara adaptasiyasına kömək edir. Proqram çərçivəsində artıq Rusiyadan 5, Ukraynadan 4, İsraildən 4, İrandan 40 startaplar müraciət edib.

“Onların hamısı rezindeturanın əldə edilməsi üçün müraciət ediblər. Mingəçevir və ya Pirallahıdakı texnoparklarımızdan birində rezidentura əldə edən istənilən şikət 7 il müddətinə vergi və gömrük rüsumlarından azad ediləcək. Hazırda bu imkanlar olduğu halda, çalışırıq ki, yalnız yerli sahibkarları deyil, əcnəbi startap və investorları da cəlb edək”, - Tural Kərimli dedi.

Fotoda: Agentliyin İsrail və ABŞ-dan olan investorlarla görüşü

Agentliyin hesablamalarına əsasən, Azərbaycan ekosistemində təxminən 200 startap var. İşlərin asanlaşdırılması üçün bütün layihələr mövzu və bazara girməyə hazırlıq dərəcəsinə görə təsnif edilib.

“Layihənin hazırlıq dərəcəsindən asılı olaraq ona müxtəlif xarakterli dəstək lazımdır: ilkin mərhələdə ­– laboratoriya, mentorlar, daha yetişkin mərhələdə isə – investisiyaların, potensial müştərilərin tapılmasına yardım”, - Tural Kərimli söylədi. 

Onun sözlərinə görə, hazırki startapların böyük əksəriyyəti inkişafın ilkin mərhələsindədir. Daha çox layihələr maliyyə və energetika sahəsindən olduğu halda, lakin kənd təsərrüfatı, müdafiə sənayesi və hətta “Ağıllı şəhər” konsepsiyası sahəsində də layihələr var. İstiqamətdən asılı olaraq Agentlik startapları beynəlxalq təcrübəyə malik mentorlarla təmin edir və tematik sürətləndirmə proqramları aparır.

“Ölkəmizin neft-qaz sənayesinin inkişafının uzun tarixi olduğu üçün hesab edirik ki, bu güclü sahəyə diqqəti cəmləşdirərək, onu inkişaf etdirmək lazımdır. Bu gün neft-kimya, eləcə də enerji səmərəliliyi və alternativ enerji mənbələri kimi apektlər aktualdır”, - o, dedi.

Artıq uşaq yaşlarından sahibkarlıq düşüncələrinin aşılanması üçün baza yaradılsın deyə universitet və hətta məktəblərlə əməkdaşlığa böyük diqqət ayırılır.

Investisiyaların cəlb olunması – Sərmayələr Fondu

Hətta perspektivli startap layihələri və innovativ qərarları investisiya olmadan həll etmək mümkün deyil. Sahibkarlar üçün cəlbedici şərait yaratmaq üçün Agentlik belə deyək ki, Sərmayə Fondu yaratmağa qərar verdi. Bu, digər investisiya fondlarına investisiya qoyan Sərmayə Fondudur. Bəzən bu metodu “multi-menecment” adlandırırlar.

“Bu, beynəxalq təcrübədir. Hazırda maraq göstərdiyi Qətər fondu ilə danışıqlar aparırıq. Resurslar hər zaman cəlb edir. Proqnozlarımıza görə, bunlar haqda bəyan edən kimi, ölkəmizə startap axını üç dəfəyə qədər yüksələcək” – T.Kərimli dedi.

“Hazıra keçmiş sovetlər məkanında staraplar üçün maliyyə mərkəzləri yoxdur. Yer açıqdır və Azərbaycanın onu əldə etmək üçün daha çox şansı var”, - deyə o sözlərinə əlavə etdi.

Fotoda: Agentliyin sədri Tural Kərimli

Agentlik sədrinin sözlərinə görə, region ölkələri arasında qanunvericiliyin liberallaşdırılması, yeniliklərin inkişafı üçün vəsaitlərin cəlb edilməsi məsələsində rəqabət mövcuddur. Azərbaycanda startap vizaları, yəni ölkədə öz biznes layihələrini həyata keçirməyi planlaşdıranlar üçün milli viza alınması üçün asanlaşdırılmış bir prosedur tətbiq etmək qərara alınıb.

“Ölkəyə beyinlərin cəlb edilməsi, onları itirməmək üçün bu prosesdən geri qalmamalıyıq”, - deyə Tural Kəimli söylədi. 

Uğurlu nümunələr

Startap investisiyaların cəlb edilməsi üçün layihələri riskli qrup kimi qavranıldığı üçün, gənc sahibkarlar invetor tapmaqda çox vaxt çətinliklərlə qarşılaşırlar. Buna görə də Agentlik startaplara müəyyən ekspertizaları tapmaqla və dövlət tenderlərində onlara inzibati dəstək göstərməklə təmin edir.

Tural Kərimlinin sözlərinə görə, bu ekspertizaları keçmiş və dövlət qurumu üçün bu və ya digər tapşırığı yerinə yetirə biləcək startaplar siyahısı artıq var.

Elə starap layihələr də var ki, onlar artıq investisiya alıblar. Nümunə üçün, Azərbaycan startaplarındna biri ABŞ-da 4,5 milyon dollar cəlb edə bilib. Layihədə smart-müqavilələrin köməyi ilə investorlara subyektin sərmayə pulunu necə xərclədiyini izləməsinə imkan yaradan blockchain platformanın yaradılması daxildir.

“Kobud ifadə etsək, bu, Feysbuk investorlarıdır. Çox cəlbedici layihədir”, - agentlik rəhbəri şərh edib.

Digər bir azərbaycanlı startap layihəsi Bolqarıstanda cəlb edildi. Layihə, dövlət qurumunun smart-sayğacların vahid sistemə bağlanaraq hər bir abunəçi, şəhər və ya bölgə tərəfindən müəyyən bir müddətdə nə qədər suyun istehlak edildiyini izləyə biləcək onlayn platforma təklif edir.

Həmçinin Agentlik Azərbaycanda bioplastik – qısa müddətdə parçalanma dövrü olan bitki materialından hazırlanan yeni nəsil plastik məhsullar – zavodunun inşasında da vasitəçilik edib.

“Azərbaycan ərazisində bu cür zavodun tikilişi çox aktualdır. 5 min kvadratkilometr radiusda bioplastika istehsalçıları yoxdur. Halbuki bir neçə ölkə adi plastikdən qab, çanta və digər əşyaların istehsalını artıq qadağan edib” – Tural Kərimli dedi.

Sözlərinini yekunlaşdıraraq o qeyd etdi ki, hazırda bütün dünyada reallıq budur: startap müəyyən mərhələyə yüksəldikdən sonra o, Silikon Vadisinə getməyi arzulayır. Hətta onun yaradıcısı Nyu-Yorkda yerləşsə belə. Lakin müntəzəm olaraq tendensiya regional mərkəzlərin yaradılması xeyrinə dəyişir. Gənc sahibkarla anlayır ki, Silikon Vadisinə getmək hələ müvəffəqiyyətə zəmanət vermir.

“Hazırda bizim əsas çağırışımız – kadr axınıdır, əsas vəzifəmiz isə – bu tendensiyanı aradan qaldıraraq, yalnız azərbaycanlı startapların ölkədə qalmaları və inkişaf etmələri üçün deyil, eyni zamanda Azərbaycanı regionun digər ölkələri üçün qabaqcıl beyinləri cəlb etmək mərkəzinə çevrilməsini təmin etməkdir”, - Agentlik sədri dedi.

Fotoda: Azərbaycanda bioplastika zavodunun inşasına dair müqavilə imzalanması

 

 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net