1news.az

Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

3 İyun saat 11:12 ~ 1 dəqiqəlik oxu 4800
Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında" Sazişi təsdiq edib.

1news.az Trend-ə istinadən xəbər verir ki, bu barədə qərar Türkiyənin "Rəsmi qəzeti"ndə dərc edilib.

Sazişə əsasən, 90 günədək müddətə səfər etmək istəyən Türkiyə və Azərbaycanın etibarlı ümumvətəndaş pasportuna malik vətəndaşları üçün viza tələbi ləğv edilir. Bnundan əvvəl isə Azərbaycan və Türkiyə vətəndaşları 30 gün vizasız qala bilirdilər.

Qeyd edək ki, Saziş mayın 31-də Milli Məclisin iclasında təsdiq edilmişdi.

1news.az 

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
İqtisadiyyat BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net