V.Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır | 1news.az | Xəbərlər
Cəmiyyət

V.Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

16:32 - 07 / 07 / 2020
V.Rəhimzadə: Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır

“COVID-19-un insan sağlamlığına, ölkələrin  iqtisadiyyatına vurduğu zərbə  göz önündədir. Hər bir  ölkə bu çətinliklərdən  az itki ilə çıxmaq istəsə də reallıq  tamamilə onun əksini göstərir.  Əlbəttə, hər bir məsələ müqayisə tələb edir. Statistikaya müraciət etdikdə görürük ki,  Azərbaycanla  əhalisi eyni olan bəzi inkişaf etmiş ölkələrdə yoluxanların sayı 60-70 min, ölənlərin sayı 10 mindir. Hansı ki, o ölkələrin səhiyyə sistemi bir çox hallarda nümunə kimi göstərilirdi. Bu kimi faktlar onu deməyə əsas verir ki,  heç bir ölkə tam şəkildə özünü sığortalanmış hesab edə bilməz, ən əsası xəstəlik sərhəd tanımır”.

Bu fikirləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş  redaktoru Vüqar Rəhimzadə bildirib:

“Azərbaycan ilk gündən həyata keçirdiyi məhdudlaşdırıcı tədbirlərlə bugünkü reallıqlara yol açdı. Koronavirusla mübarizənin birinci mərhələsini  az itki ilə  sona çatdıran ölkəmiz bu tədbirləri daha da sərtləşdirməklə  insanların sağlamlığının  prioritetliyini ön plana çəkərək, eyni zamanda, vətəndaşların  sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri addımların  atılmasının zəruriliyini açıqlayır. Məhz Azərbaycanın COVID-19-dan  qorunmaq  strategiyasının beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin, həmçinin bu xəstəliklə mübarizədə  təkmil  təcrübəyə malik  olmasının nəticəsidir ki,  əksər dövlətlər bizim təcrübəmizdən yararlanır, eyni zamanda, Azərbaycanın birliyə, həmrəyliyə  çağırışlarını,  irəli sürdüyü təşəbbüsləri dəstəkləyir”.

V.Rəhimzadə vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyev  koronaviruslu xəstələrin  müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı  çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibəsində ölkəmizdə  koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin  uğurlu nəticələrindən bəhs edib. Cənab İlham Əliyev bu fikri xüsusi önə çəkib ki,  bu xəstəlik belə bir reallığı da  göstərib: - adətən hesab olunurdu ki, belə dəhşətli pandemiyalar, epidemiyalar, insanların yoluxucu xəstəliklərdən kütləvi şəkildə həlak olması ancaq geridə qalmış ölkələrdə mümkündür: “Amma həyat onu göstərdi ki, bu, belə deyil. Həyat onu göstərdi ki, bu gün pandemiyadan ən çox əziyyət çəkən ölkələr inkişaf etmiş ölkələrdir. Əgər onlar bu məsələyə tam çarə tapa bilmirlərsə, əlbəttə ki, o qədər də inkişaf etməmiş, yaxud da geridə qalmış ölkələrdə vəziyyəti təsəvvür etmək çətin deyil.”

“Ölkəmiz ilk gündən  atdığı bütün addımlarını  dərindən təhlil etdi, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının  tövsiyələrini əsas götürdü.  Atılan addımlarda məqsəd təbii ki,  insanların sağlamlığını, həyatını qorumaqdır.  Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, pandemiya dövründə bütün imkanlarımız səfərbər olunmalıdır ki, biz bu vəziyyətdən az itkilərlə çıxa bilək” söyləyən baş redaktor bildirib ki,  bu  problem  xəstəliklə əlaqədar olduğu üçün ilk növbədə səhiyyə sistemində mövcud imkanlar diqqət çəkir. Hazırda  Azərbaycan səhiyyəsi inkişaf dövrünü  yaşayır: “Pandemiyaya qarşı mübarizə tədbirlərinə başlanan andan   səhiyyə infrastrukturu  bu mübarizəyə  istiqamətləndirilərək, aidiyyəti qurumların fəaliyyəti  əlaqələndirildi.  Dövlətimizin başçısı İlham Əliyevin  insan amilinə  verilən dəyərdən qaynaqlanan addımları   yeni tibb müəssisələrinin tikilib istifadəyə verilməsində, onların maddi-texniki bazasının möhkəmləndirilməsində,  yüksək ixtisaslı, fədakar həkim heyətinin insanların sağlamlığının keşiyində dayanmalarının dövlətimiz tərəfindən yüksək dəyərləndirilməsində  aydın görünür. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılışı olan   Bakının  Xətai rayonunda  modul tipli  hospital bu diqqət və qayğının tərkib hissəsidir. Belə ki,  dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında  10 modul tipli xəstəxana  kompleksinin istifadəyə verilməsi nəzərdə tutulur ki, bunlardan  5-i artıq istifadəyə verilib.  Bu komplekslərin müəyyən edilən şəhər və rayonlardakı mövcud xəstəxanaların yaxınlığında quraşdırılması və onlara  təhkim edilməsi  koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməyə və tibbi koordinasiyanın təmin edilməsinə xidmət edir. Ümumilikdə, inşa ediləcək 10  modul tipli xəstəxana kompleksi ölkənin səhiyyə sisteminə əlavə 2000 çarpayılıq ehtiyat yaradır. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, xəstəxanaların tez bir zamanda inşa edilməsi hətta seytnot vəziyyətdə lazımi addımların atıldığını təsdiq edir.”

Dövlətimizin başçısı İlham Əliyevin “Heç bir ölkə bu pandemiyaya hazır deyildi. Bizim mövcud çarpayıların sayı adi rejimə hesablanmışdı. Ona görə, modul tipli xəstəxanaların tikintisi zəruri idi və biz bunu etdik» fikirlərini önə çəkən baş redaktor onu da əlavə edib ki, diqqət yetirsək görərik ki,  ölkə Prezidentinin  modul tipli  on xəstəxananın tikintisi ilə bağlı qərarı  xəstəliyin yayılması o qədər də geniş vüsət almadığı dövrə təsadüf edir:

“Amma bu gün etiraf etmək lazımıdır ki, əksər vətəndaşların məsuliyyətsizliyi üzündən yoluxanların sayı artmaqdadır. Dövlətimizin başçısı İlham Əliyevin  növbəti  modul tipli əlavə on xəstəxananın tikilməsi barədə qərarı məhz  gələcəyə hesablanıb. Ölkəmizin səhiyyə sistemi koronavirus xəstələrinin müalicəsinə tam imkan yaradır.  45 xəstəxanada koronavirus xəstələri müalicə alırlar. Bu kimi addımlar  bir daha dövlətimizin kompleks tədbirlərinin nə dərəcədə böyük əhəmiyyət daşıdığını, bugünümüzlə  yanaşı, gələcəyimizə də hesablandığını  bir daha ortaya qoyur. Hər bir sahə üzrə konkret Dövlət proqramlarının mövcudluğu və uğurlu icrası qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmağı şərtləndirir.

Cənab Prezident İlham Əliyevin  “İqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır” çağırışına uyğun olaraq regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə etmək məqsədilə dövlətimizin başçısının   təsdiqlədiyi regional inkişaf proqramlarının uğurlu icrası nəticəsində bölgələrdə   tibb müəssisələrinin, Müalicə Diaqnostika mərkəzlərinin tikilib istifadəyə verilməsi diqqətdən kənarda qalmadı. Bu gün koronavirus xəstələrinin ixtiyarında olan 45 xəstəxandan  36-sı məhz möhtərəm Prezidentimizin  Sərəncamı əsasında son illərdə  inşa edilib. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, təsəvvür etmək çətin deyil ki,  əgər bu xəstəxanalar tikilməsəydi, indi biz hansı problemlərlə üzləşə bilərdik”.

V.Rəhimzadə bildirib ki, insanların sağlamlığının qorunması üçün bütün xəstəxanalarda lazımi şərait yaradılıb.  Mübarizə tədbirlərinə başlananda Azərbaycanda cəmi altı laboratoriya var idisə, hazırda bu laboratoriyaların sayı 29-a çatıb. Möhtərəm Prezidentimiz   İlham Əliyev müsahibəsində bu rəqəmləri də açıqlayıb ki,  15 yeni laboratoriya sifariş edilib,  laboratoriyaların sayı ümumilikdə  44-ə çatacaq.  Bu isə öz növbəsində daha çox test aparmağa imkan yaradacaq. Bu günə qədər 500 mindən çox test aparılıb. Azərbaycan  adambaşına düşən testlərin sayına görə  dünyada təqribən 40-cı yerdədir.

Dövlətimizin insanların sağlamlığının təmin olunması istiqamətində atdığı addımlara diqqət çəkən V.Rəhimzadə bildirib ki, bu gün hər bir vətəndaşın üzərinə düşən vəzifə məsuliyyət hissini artırmaqdır.  Mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Çünki bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Əgər dövlət lazım olan bütün tədbirləri həyata keçirirsə, həkimlərimiz  sağamlığımızın keşiyində dayanırlarsa, polis orqanları  karantin qaydalarına  riayət olunması üçün bütün  qüvvə və bacarıqlarını səfərbər edirlərsə, təbii ki, hər bir vətəndaş bu diqqət və qayğıdan özünün sağlamlığı  üçün nəticə çıxarmalı, özünün və ətrafının sağlamlığına  çalışmalıdır. Qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, pandemiyanı nəzarətdə saxlamaq mümkün olacaq.

Baş redaktor Azərbaycanın  məhdudlaşdırıcı tədbirlərinin ilk gündən   Ümumdünya Səhiyyə Təşkilatı  tərəfindən  yüksək dəyərləndirildiyini bildirib: “Dövlətimizin başçısı İlham Əliyevin qeyd olunan müsahibəsində də bu məqamlara xüsusi diqqət çəkilib. Azərbaycan da öz növbəsində  Ümumdünya Səhiyyə Təşkilatını beynəlxalq arenada  dəstəkləyir, ona maliyyə yardımı göstərir. Azərbaycan pandemiyadan sonra da Ümumdünya Səhiyyə Təşkilatı  ilə  əməkdaşlığını davam etdirəcək. İstər Ümumdünya Səhiyyə Təşkilatının baş direktorunun   dövlətimizin başçısına  ünvanladığı məktublarında, istərsə də cənab İlham Əliyevin  təşəbbüsü ilə  keçirilən Zirvə görüşlərinə videomüraciətində səsləndirdiyi fikirlər Azərbaycanın ilk gündən seçdiyi yolun düzgünlüyünü bir daha təsdiqləyir”.

V.Rəhimzadə  onu da qeyd edib ki, insanların sağlamlığı ilə yanaşı, sosial müdafiələrinin gücləndirilməsi də dövlətimiz üçün  prioritetdir. Heç bir sosial layihə təxirə salınmadı. 2020-ci ilin əvvəlindən indiyədək  reallaşan sosial layihələr davamlılığı ilə diqqət çəkir:  

“Cənab İlham Əliyev müsahibəsində cari ildə ən həssas təbəqəyə aid olan layihələrin icra edildiyini diqqətə çatdırıb. Vurğulayıb ki,  cari ildə  məcburi köçkünlər üçün rekord sayda binalar tikiləcək, 7 mindən çox köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək. Şəhid ailələri üçün bu il  1500 mənzil istifadəyə veriləcək. İyirmi il orduda qüsursuz xidmət etmiş hərbçilərə cari ildə  400-dən çox mənzilin verilməsi nəzərdə tutulur. Ünvanlı sosial yardım alanların sayı artırıldı və 85 min ailəni, yaxud da 300 mindən çox insanı əhatə etdi.  İşsizləri, o cümlədən qeyri-formal sahədə işləyənləri dəstəkləmək, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan insanlara maddi yardım göstərmək və digər məqsədlər üçün təqribən 3 milyard manat vəsait nəzərdə tutulur.

Bu mühüm məqam da diqqətə çatdırılır ki,  iqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq, bəzi sahələrdə inkişaf müşahidə olunur. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Pandemiya  ölkəmizdə də iqtisadi vəziyyətə mənfi təsir göstərmişdir. Azərbaycan iqtisadiyyatı beş ayın yekunlarına görə 1,7 faiz tənəzzülə uğradı. İqtisadiyyatın tənəzzülə uğramasına baxmayaraq bəzi sahələrdə,  o cümlədən kənd təsərrüfatında 3 faizdən çox artım vardır. Qeyri-neft sənayesi sahəsində artım beş ay ərzində 16 faiz olub”.

Baş redaktor bildirib ki, bütün uğurlu nəticələr ona əsaslanır ki, dövlətimizin başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu önə çəkməklə yanaşı, ilk gündən bu  tələbi qarşıya qoymuşdur ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Neftin qiymətinin aşağı düşməsinə, həmçinin pandemiyanın ölkə iqtisadiyyatında böyük çətinliklər yaratmasına baxmayaraq, Azərbaycan  bu  çətinlikləri aradan qaldırmaq  imkanında olduğunu bir daha dünyaya nümayiş etdirir.

V.Rəhimzadə dövlətimizin başçısı İlham Əliyevin müsahibəsində diqqət yönəltdiyi   məsələlərdən biri kimi   daxili bədxahlarımızın, düşmən dəyirmanına su tökənlərin  neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd etmələrinə də münasmbətini açıqlayıb:  

“Möhtərəm Prezidentimiz  İlham Əliyevin vurğuladığı kimi, neftin qiymətinin düşməsinə sevinən bir Ermənistandır, bir də özünü müxalifət adlandıran antimilli şura.  Azərbaycan xalqı bu iyrənc mənzərəni görərkən bir daha əmin olur ki, kim kimdir. Nəzərə alsaq ki, neftin qiymətinin düşməsi, ilk növbədə, insanların sosial məsələlərinin həllində özünü göstərə bilər, bu halda özlərini xalqa yaxın göstərib, istər pandemiyadan əvvəl, istər hazırda görülən işlərin, istərsə də postpandemiya dövrü üçün nəzərdə tutulan addımların əhəmiyyətini azaltmağa çalışan bu ünsürlər bir daha xarici dairələrin göstərişləri əsasında hərəkət etdiklərini, dövlətin, xalqın maraqlarını arxa plana keçirdiklərini nümayiş etdirirlər. Ermənistana dəstək olan, ölkədə əhalinin sosial  vəziyyətinə təsir etmək imkanında olan hansısa hadisəni sevinclə qeyd edən  belələrinin xalqın adından danışmağa haqqı yoxdur. Onların yeri hər zaman qeyd edilidyi kimi, tarixin zibilliyidir.

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, neftin qiymətinin aşağı düşməsini sevinclə qeyd edənlər  Azərbaycan dövlətçiliyinə düşmənçilik hissləri ilə yaşayırlar. Vurğulandığı kimi, neftin qiyməti hətta 14 dollar da olsa, Azərbaycan ayaqda duracaq. Ölkə iqtisadiyyatının elmi əsaslara söykənməsi, şaxələndirmə siyasətinin uğurlu nəticələri, bir sözlə,  son illərdə  yaradılmış böyük iqtisadi-maliyyə potensialı istənilən böhranla bacarmağa imkan verir. 2008-ci ildə dünyanı bürüyən iqtisadi və maliyyə böhranı bu kimi məqamlara işıq salmışdır. Həmin dövrdə Azərbaycan öz iqtisadi artımı ilə dünyanın diqqətində oldu. Azərbaycanın davamlı inkişafı üçün möhkəm baza mövcuddur”.

1news.az

Paylaş:
609

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər