Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir

16:31 - 14 / 09 / 2020
Vüqar Rəhimzadə: Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir

“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə nail olunmamasının ən böyük səbəblərindən biri və birincisi məhz Ermənistan dövlətidir. Ermənistan hər dəfə qeyri-konstruktiv mövqe tutub, müxtəlif hiylələrlə, təxribatlarla münaqişənin status-kvonun qorunub saxlanmasına çalışıb.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-lərə açıqlamasında deyib:

“Yəqin hər kəs xatırlayır ki, Rambuye görüşlərində danışıqlar zamanı çıxılmaz vəziyyətə düşən Robert Köçaryan qarınağrısı bəhanəsi ilə qaçmışdı. İndi də Paşinyan münaqişənin həllinə mane olur, hətta genişmiqyaslı müharibənin başlanması üçün müxtəlif təxribatlar törədir. Gah “Qarabağ Ermənistandır” deyir, gah yoldaşı Qarabağda snayperdən Azərbaycan kəndləri istiqamətində atəş açır, gah da Livandan, Suriyadan erməniləri, daha doğrusu terrorçuları Dağlıq Qarabağa köçürür. Paşinyan bütün bu əməlləri ilə psixologiyasında problem olduğunu sübut edir. Səhər dediyini axşam təkzib edir, dünən dediyini bu gün”.

Vüqar Rəhimzadə bildirib ki, Ermənistan Livandan, Suriyada terrorçuluq keyfiyyətlərinə malik erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürməklə həm demoqrafik vəziyyəti, həm də etnik tərkibi süni şəkildə dəyişməyə cəhd göstərir. Ermənistan Suriya və Livandan işğal olunmuş ərazilərə köçürülmüş insanları silahlı muzdlular kimi də istifadə edir:

“Əlbəttə ki, bu cür qanunsuz məskunlaşdırma beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması deməkdir. Ermənistan bu cür addımlar atmaqla 1949-cu il Cenevrə Konvensiyalarını pozur.  Çünki, müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə Konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Beynəlxalq hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğal olunmuş ərazilərdə məskunlaşma siyasətinin aparılması müharibə cinayəti kimi tövsif edilməlidir. Bu baxımdan Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində apardığı qeyri-qanuni məskunlaşma müharibə cinayətidir”.

Vüqar Rəhimzadə əlavə edib ki, Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır:

“Ermənistanın Livandan və Suriyadan erməniləri Qarabağa köçürməsinin faktları da artıq sosial şəbəkələrdədir. Fotolar, videolar formasında sübut olunub ki, Livandan və Suriyadan köçürülmüş, xüsusi döyüş təlimi keçmiş ermənilər Şuşada və başqa işğal olunmuş ərazilərimizdə yerləşdiriliblər. Lakin Ermənistanın bu qanunsuz əməllərinə beynəlxalq təşkilatların susması anlaşılmazdır. Xüsusilə də, bu məsələdə qəti mövqeyini ATƏT-in Minsk qrupu bildirməlidir. Çünki, münaqişənin həllində birbaşa məsuliyyət məhz ATƏT-in Minsk qrupunun üzərindədir”.

1news.az

Paylaş:
679

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər