Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi

16:20 - 17 / 02 / 2020
Vüqar Rəhimzadə: Prezident İlham Əliyev Nikol Paşinyana tarix və hüquq dərsi keçdi

"Azərbaycan və dünya ictimaiyyəti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində bir daha Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanı, necə deyərlər, daşdan keçən tutarlı faktlarla çıxılmaz vəziyyətə və aciz duruma salınmasının şahidi oldu".

Bu sözləri 1news.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib.

"İki sahil" qəzetinin baş redaktoru bildirib ki, Prezident İlham Əliyev Nikol Paşinyana tarix dərsi keçdi: "Müzakirələrdən aydın göründü ki, Dağlıq Qarabağın tarixi, müxtəlif dövrlərdə bu ərazilərin kimə mənsubluğu ilə bağlı tarixi həqiqətləri əks etdirən faktlar Ermənistanın işğalçı olduğunu açıq-aşkar bir daha təstiq etdi. Bu mənada Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycana məxsus olması ilə bağlı söylədiyi, təkzibolunmayan faktlara əsaslanan tarixi həqiqətlər qarşısında Paşinyanın əsl erməni xislətinə xas olan eramızdan əvvəlki dövrə mücərrəd və dolayı ekskursu və digər sayıqlamaları beynəlxalq auditoriyanı və dünya ictimaiyyətini çaşdırmaq cəhdindən başqa bir şey deyildi. Əgər Paşinyan həqiqətən də Dağlıq Qarabağın ermənilərə məxsus olduğunu təsdiq edən hər hansı bir fakta, sənədə malik olsaydı, mütləq şəkildə bunu açıqlayardı. Açıq-aydın göründü ki, Nikol Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər, təqdim etdiyi tutarlı faktlar və dəlillər qarşısında aciz durumda qaldı".

"Prezident İlham Əliyevin Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması və münaqişənin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyinə dair təqdim etdiyi beynəlxalq norma və prinsiplərə əsaslanan hüquqi bazanın qarşısında Paşinyan tutarlı heç bir arqument gətirə bilmədi" deyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyev XlX əsrin əvvəlindən başlayaraq 200 il ərzində imzalanmış çoxsaylı saziş və müqavilələri xronoloji ardıcıllıqla sadaladığı halda, Paşinyan bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Bununla da Prezident İlham Əliyev Dağlıq Qarabağın həm hüquqi, həm də coğrafi baxımdan Azərbaycana məxsus olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.

Vüqar Rəhimzadə əlavə edib ki, siyasi cəhətdən savadsız və korafəhm fiqur olduğunu dəfələrlə nümayiş etdirmiş Paşinyan bu debatın gedişində də özü-özünü ifşa və təkzib etdi: "Bir tərəfdən Dağlıq Qarabağın münaqişə tərəfi olduğunu, özünün silahlı qüvvələrə malik olduğunu deyən Ermənistanın baş naziri, digər tərəfdən də öz oğlu da daxil olmaqla Ermənistan vətəndaşlarının Dağlıq Qarabağda hərbi xidmət keçdiyini etiraf etməli oldu. Bununla da Paşinyan bu fikri ilə əyani şəkildə təsdiq etdi ki, "Dağlıq Qarabağ ordusu" deyilən mif heç bir real fakta əsaslanmır və Azərbaycan ərazilərini işğal edən də, bu gün ərazilərimizi işğal altında saxlayan da Ermənistan silahlı qüvvələridır. Düşmən ölkənin rəhbəri dolayı yolla etiraf etməli oldu ki, işğal olunmuş Azərbaycan ərazilərində Ermənistanın silahlı qüvvələri var, Ermənistan vətəndaşları hərbi xidmətlərini burada keçirlər, "Dağlıq Qarabağ respublikası" adlanan qondarma qurum Ermənistan büdcəsindən maliyyələşdirilir".

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Prezidenti Ermənistan rəhbərinə növbəti dəfə tarix və hüquq dərsi keçdi: "Dünya birliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsi, eyni zamanda, digər beynəlxalq təşkilatların bəyanatları, qəbul etdikləri sənədlər bunu deməyə əsas verir. Azərbaycan Prezidenti Ermənistan rəhbərliyi ilə hər müzakirədə əsaslı tarixi faktlarla çıxış edərək, haqlı, ədalətli mövqe ortaya qoyur, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalı olduğunu real faktlara və dəlillərə əsaslanmaqla beynəlxalq ictimaiyyətə sübut edir. Paşinyan isə əksinə, tarixi faklar və həqiqətlər qarşısında rəzil vəziyyətə düşür, əzilir-büzülür, susur, bəzən də ağ yalanlarla sudan quru çıxmağa çalışır. Lakin onun yalana və böhtana əsaslanan bütün cəhdləri uğursuz alınır. Çünki erməni baş nazirin fikirləri heç vaxt heç bir fakta söykənmir."

"İki sahil" qəzetinin baş redaktoru vurğulayıb ki, Ermənistan tərəfinin nə üçün çox vaxt danışıqlar prosesindən imtina etməsi və bunun üçün müxtəlif bəhanələr gətirməsi Münxen müzakirələri zamanı bir daha özünü göstərdi: "Möhtərəm Prezidentimizin hər sözü, cümləsi Paşinyana endirilən ağır zərbələr idi. Dövlət başçımız Ermənistanın ölkəmizə qarşı törətdiyi soyqırımları, Xocalı faciəsini, digər işğalçılıq və vandalizm faktlarını bir-bir tərs şillə kimi Paşinyanın üzünə vurdu. Erməni baş nazir isə yalnız Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun fikirlərini təhrif edilmiş formada dilə gətirərək vəziyyətdən çıxmağa çalışdı.

Müzakirələr zamanı ən çox yadda qalan məqamlardan biri də Paşinyanın böyük çaşqınlıq içində "Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi" kimi gah nala, gah da mıxa vuran, bununla da özü də bilmədən həqiqətin aşkara çıxarılmasıına kömək edən etirafı "Yalançının yaddaşı olmaz" məşhur Azərbaycan atalar məsəlinin nə qədər doğru olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu fakt bir daha belə bir məntiqi nəticəyə gəlməyə əsas verir ki, Ermənistanın baş naziri sanki Münxenə müzakirə aparmağa yox, beynəlxalq ictimaiyyət qarşısında biabır olmağa gəlmişdi və bunu zatən bacardı da".

"İki sahil" qəzetinin baş redaktoru söyləyib ki, fevralın 15-də Münxen Konfransında keçirilmiş müzakirələr zamanı Prezident İlham Əliyev əsl peşəkar, müdrik siyasəti ilə Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu həm tarixi, həm beynəlxalq hüquq, həm də beynəlxalq birliyin mövqeyi kontekstində dünya ictimaiyyətinə çatdırdı. Ermənistanın baş naziri bu reallığa qarşı heç bir əks-arqument ortaya qoya bilmədi: "Beləliklə, Prezident İlham Əliyev təkzibolunmaz faktlar və dəlillərlə, dəmir məntiqlə Paşinyanın bütün əsassız və çürük iddialarını darmadağın etdi, onu çıxılmaz vəziyyətə və aciz duruma saldı, bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi, ona indiyədək rastlaşmadığı tarix və hüquq dərsi keçdi. Beləliklə, Nikol Paşinyan növbəti dəfə tarixi həqiqətlər və beynəlxalq hüququn tələbləri qarşısında seytnot vəziyyətinə düşdü".

1news.az

Paylaş:
766

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər